Çimnaz Mustafayeva
Çimnaz Mustafayeva (1946–2025) — tanınmış pedaqoq və təhsil işçisi. Müxtəlif illərdə Şəki rayonundakı və Şəki şəhərindəki təhsil müəssisələrində, həmçinin şəhər təhsil şöbəsində işləmişdir.
| Çimnaz Mustafayeva | |
|---|---|
| Mustafayeva Çimnaz Sultan qızı | |
| Çimnaz Mustafayeva. | |
| Anadan olub | 20 avqust 1946 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 15 iyul 2025 (78 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Dəfn yeri |
Dodu qəbiristanlığı, Şəki, |
| Həyat yoldaşı | Məmmədov Qüdrət Nurəhməd oğlu |
| Övladları | Xəyal və Zaur Məmmədovlər, Vəfa Mikayılzadə |
| Atası | Mustafayev Sultan Mustafa oğlu |
| Anası | Baxşiyeva Nazxanım Zahid qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1965–1969) |
| Fəaliyyəti | pedaqoq |
| Fəaliyyət illəri | 1969–2018 |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
20 avqust 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1953 – 1964-cü illərdə Nuxa şəhər 12 №-li orta məktəbində,
1965 – 1969-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1969 – 1972-ci illərdə baş Baş Zəyzid kənd orta məktəbində sinif müəllimi,
1972 – 1985 illərdə, müxtəlif vaxtlarda, Şəki şəhər 14 №-li, 7 №-li, 9 №-li orta məktəblərində və Şəki Pedaqoji Texnikumunda müəllim,
1985 – 2016-ci illərdə Şəki təhsil şöbəsində inspektor-metodist vəzifəsində çalışıb.
1990-cı illərdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında,
2000 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında,
2015 – 2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında pedaqogika və psixologiya fənnindən dərs deyib.
2018-ci ildən əmək təqaüdündə idi.
Filmoqrafiya Vizual/Mobil redaktə
1965-ci ildə – tələbə olarkən, “Arşın mal alan” bədii filmində kütləvi səhnədə çəkilib.
Vəfatı Vizual/Mobil redaktə
15 iyul 2025-ci il tarixdə – 78 yaşında, Şəkidə vəfat edib. Dodu qəbiristanlığında dəfn olunub.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |