AZE.WIKI:Layihə haqqında
| AZE.WIKI | |
|---|---|
| | |
|
|
|
| Yaranma tarixi | 2019 |
| Rəsmi dili | azərbaycan |
| Fəaliyyət göstərdiyi yer | internet |
| Qurucusu | Aydın Məmmədov |
(əvvəlki domenləri: www.sheki.org www.shaki.info) |
|
AZE.WIKI — azərbaycanca interaktiv bir veb-ensiklopediya və hər kəs tərəfindən redaktə edilə bilən açıq bir viki-sayt olmaqla yanaşı, həm də yaradıcıları tərəfindən onun Azərbaycan mədəniyyətini, tarixini işıqlandıran, öyrənən kifayət qədər ciddi, nümunəvi, unikal və hətta aparıcı bir media resursuna çevrilməsi də planlaşdırılır.
AZE.WIKI saytını kimlər redaktə edə bilər? Vizual/Mobil redaktə
AZE.WIKI saytında yeni məqalələr yalnız idarəçi statusuna malik redaktorlar tərəfindən yaradılsa da mövcud məqalələri hər bir redaktor, o cümlədən, anonim redaktorlar da redaktə edə bilərlər.
AZE.WIKI saytında məqalələrin redaktə şərtləri Vizual/Mobil redaktə
Yeni məqalələrin yaradılması və mövcud məqalələrin redaktəsi zamanı ensiklopedik meyarlara və daxili üsluba riayət olunması əsas şərtdir. Vikipedianın azərbaycanca bölməsindəki (bundan sonra Az.viki) məqalənin olduğu kimi, yaxud kosmetik dəyişikliklə bura yerləşdirilməsinə icazə vermirik. Lakin Vikipediyanın aparıcı dil bölmələrindəki məqalələrin tərcüməsinə isə qarşı deyilik. Wikimedia Commons-da olan şəklin AZE.WIKI saytına yüklənməsinə ehtiyac yoxdur, AZE.WIKI saytında Wikimedia Commons şəkilləri görünür. Əgər şəkil Wikimedia Commons-da yoxdursa, AZE.WIKI saytlna yüklənə bilər, lakin həcmi 100 kb-dan böyük olmamalıdır.
AZE.WIKI məqaləsi nə deyil? Vizual/Mobil redaktə
AZE.WIKI məqaləsi reklam və anti-reklam, tənqid və tərif, təhqir və mədhiyyə üçün münasib məkan və siyasi təbliğat üçün uyğun platforma deyil.
AZE.WIKI nə vaxt yaradılıb? Vizual/Mobil redaktə
AZE.WIKI əslində 25 may 2019-cu il tarixdə Şəki Ensiklopediyası kimi yaradılmışdı.
6 iyul 2025-ci il tarixdə biz üç hərfli aze.wiki domenini 3 illik ödəniş edərək satın aldıq və həmin domenə uyğun olaraq Şəki Ensiklopediyasının ikinci adını “AZE.WIKI” şəklində qəbul etdik. Bununla da biz gələcəkdə Şəki Ensiklopediyasını Azərbaycan Ensiklopediyasına çevirmək niyyətimizi açıqlamış olduq.
28 may 2026-cı il tarixdə – Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü günü, biz Şəki Ensiklopediyasının bazasında ayrıca bu AZE.WIKI saytını yaratdıq.
AZE.WIKI saytının iş planı Vizual/Mobil redaktə
Biz hələlik yalnız bircə addım atmışıq, saytın qurulması xeyli vaxt və böyük zəhmət tələb edir. Sayt əvvəlcə Şəki Ensiklopediyası kimi fəaliyyət göstərdiyinə görə hal-hazırda burada Şəkiyə aid məqalələrin çoxluğu da təbii qəbul olunmalıdır. Lokal əhəmiyyətli bəzi məqalələri tezliklə siləcəyik, bəzilərinin yerini dəyişəcəyik və müxtəlif ensiklopedik mövzularda yeni məqalələr yaradacağıq.
Niyə Az.viki yox, AZE.WIKI? Vizual/Mobil redaktə
Az.viki-də olan 200 mindən artıq məqalədən ən yaxşı halda cəmi 1-2 %-i ensiklopedik hesab edilə bilər, ya yox. Orada daima müxtəlif etnik, ictimai, siyasi qrupların, dövlətlərin, qurumların, təşkilatların, siyasi və ictimai cərəyanların maraqları toqquşmaqdadır və mübahisələr qaçılmaz olur. Mübahisələri həll etmək üçün isə instansiya yoxdur, Vikipediya bölmələri arasında Arbitraj məhkəməsi olmayan cəmi bir neçə bölmədən biri Az.viki-dir. Vikipediyanın META-sı da Az.viki-dəki mübahisələrin aradan qalxmasında maraqlı deyil, yalnız imkanlı tərəfi donor kimi görərək dəstəkləyir, heç bir tədbir görmür, Arbitraj məhkəməsi yaradılmasına çalışanları isə qlobal bloklayır. Bununla yanaşı Az.viki-də normal fəaliyyət göstərmək istəyən yeni redaktorlar dərhal adminlər tərəfindən sıxışdırılır və müxtəlif yollarla Vikipediyadan uzaqlaşdırılırlar. Az.viki-də yeni redaktor adminin səlahiyyət həddini aşmasına, səlahiyyətindən sui-istifadə etməsinə, qərəzli hərəkətinə, səhvinə və s. etiraz edə bilməz, əks-halda bloklanacaq, o, QUL-dur, onun heç bir hüququ yoxdur![qeyd 1].
Sirr deyil ki Azərbaycanda Vikipediyaya dövlət dəstəyi var və bu həm də maddi dəstəkdir. Vaxtaşırı olaraq Azərbaycanın rəsmi xəbər agentlikləri Vikipediyada hansısa mövzuda məqalənin yaradılması haqqında xəbərlər yayırlar ki, bu isə aydındır ki, mahiyyətcə kimlərəsə Vikipediyada “iş gedir”, “Vikipediyaya ayrılan pullar boşuna getmir” mesajını çatdırmaq və görüntü yaratmaq üçündür. Əslində isə Az.wiki-də məqalələri düzgün redaktə edə bilən bir nəfər redaktor belə yoxdur, daha doğrusu belə redaktorların Az.viki-də fəaliyyət göstərmələrinə imkan verilmir. Məqalələrin 90 %-dən çoxu ensiklopedik tələblərə uyğun gəlmir və qaralama vəziyyətindədir. Burada söhbət heç də sadəcə bir saytdan – Az.viki-dən, yox internetdəki azərbaycanca əsas informasiya bazasından gedir, hansı ki internet axtarış sistemləri sorğulara cavab olaraq birinci yerdə onun məqaləsini göstərir.
Problemi aradan qaldırmaq üçün biz Azərbaycanın bu ikinci Vikipediyasını yaratdıq və bizim məqsədimiz qrant almaq, görüntü yaratmaq deyil, real iş görməkdir, Azərbaycan mədəniyyətini, tarixini işıqlandıran, öyrənən kifayət qədər ciddi, nümunəvi, unikal və hətta aparıcı bir media resursunu ortaya qoymaqdır, başqa məqsədimiz yoxdur.
Biz nəyə nail olduq? Vizual/Mobil redaktə
Biz Azərbaycanın ikinci Vikipediyasını yaratdıq! Və bu işi kənardan heç bir tapşırıq, dəstək, o cümlədən, maliyyə dəstəyi olmadan etdik. Biz indi heç kimdən asılı deyilik, heç kimə borclu deyilik və heç kimə də tabe deyilik. Biz buna nail olduq!
AZE.WIKI saytının daxili statistikası Vizual/Mobil redaktə
Hal-hazırda − 16 noyabr 2026-cı il tarixdə, UTC vaxtı ilə saat 18:51 radələrində, AZE.WIKI saytlnda cəmi 10.403 səhifə var ki, bunlardan da yalnız 1.377-si məqalə, yerdə qalan 9.026-sı isə köməkçi səhifələrdir (fayl, şablon, modul və s.).
Məqalələrdən 1.317-si Yoxlanılmış Məqalə (YM), 29 məqalə isə Yoxlanılmış Siyahı (YS) statusu daşıyır. Yerdə qalan məqalələrdə YM, yaxud YS statusunun olmaması isə o deməkdir ki, onlar hələlik AZE.WIKI redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Hal-hazırda AZE.WIKI saytında 19 məqalənin ensiklopedikləşdirilməsi işi başa çatmamış vəziyyətdədir.
Məqalələrlə yanaşı, bizim saytda 184 Köməkçi Məqalə (KM) də var ki, bunlardan da hələlik yalnız 36-sı Yoxlanılmış Köməkçi Məqalə (YKM) statusuna malikdir. Onlar əsasən, təltif, orden-medallar haqqında və s. haqqındadır və onlardan 157-nin ensiklopedikləşdirilməsi işi hələ başa çatmamışdır.
Hörmətlə, Aydın Məmmədov (müzakirə) 00:30, 8 iyun 2026 (+04)
AZE.WIKI saytının sahibi və baş redaktoru.
E-mail: admin@aze.wiki.
Tel.: +994 55 793 23 83.
Qeydlər Vizual/Mobil redaktə
- ↑ Bizim 2014-cü ildə Az.viki-də yaratdığımız bir məqalə adminlər tərəfindən əsassız olaraq 20 dəfəyə yaxın ya silinmiş, ya adı dəyişdirilmiş, ya da ki mühafizə edilmişdir. Halbuki məqaləni rus dilində yaradarkən heç bir propblem yaşanmamışdı və mübahisə də baş verməmişdi. Halbuki mövzu Azərbaycanın dövlətçilik tarixinə dair idi və ruscada ermənilər buna qarşı çıxmadıqları halda, Az.viki adminləri absurd iddialarla və şəxsi maraq prizmasından dövlətçilik tariximizə qarşı çıxmağa qərar vermişdilər. O dövrdə LGBT və uşaqbazlıq Az.viki-nin ana xətti olmuşdu, saytın Ana səhifəsinə çıxarılan iki “Həftənin seçilmiş məqaləsi”ndən biri bu mövzuya həsr edilirdi. O vaxtdan düz 12 il keçsə də Az.viki-də yenə çox şey dəyişməmiş, bu, ensiklopediyanın nə olduğunu bilməyənlərin, ömründə bir dənə olsun belə ensiklopedik məqalə yaratmayanların, mədəni və intellektual səviyyəsi aşağı olanların dominantlığında qalmaqda davam etmişdir.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Şəki Ensiklopediyasının tarixinə dair videolar Vizual/Mobil redaktə
