AZE.WIKI:İanə
| AZE.WIKI | |
|---|---|
| | |
|
|
|
| Yaranma tarixi | 2019 |
| Rəsmi dili | azərbaycan |
| Fəaliyyət göstərdiyi yer | internet |
| Qurucusu | Aydın Məmmədov |
| Büdcəsi | 0 manat |
AZE.WIKI Azərbaycan mədəniyyətini, tarixini işıqlandıran, öyrənən kifayət qədər ciddi, nümunəvi, unikal, hətta aparıcı bir media resursudur. Bu sayta maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs, aşağıdakı Kapital Bank kart nömrəsinə istədiyi məbləğdə ianə köçürə bilər:
- Kart №-si: 4169 7388 9928 4990 (05/29 VISA).
Hörmətli oxucu![HTML redaktə]
Bununla yanaşı, həm də qeyd etməliyik ki, biz əvvəlcədən saytın xərclərini öz maliyyə imkanımıza uyğun qurduq ki, saytın gələcək fəaliyyətində heç vaxt heç yerdən və heç kimdən nə maliyyə, nə də digər cəhətdən asılılıq olmasın. Lakin əlbəttə ki saytdakı məqalələrin sayını daha sürətlə artırmaq, saytın texniki imkanlarını dəfələrlə yaxşılaşdırmaq da mümkündür, amma təəssüf ki bu iş artıq bizim maliyyə imkanlarımız ilə üst-üstə düşmür və bunun üçün bizə mütləq kənardan maliyyə dəstəyi lazımdır. Hər bir kəs bizə maliyyə dəstəyi göstərə bilər. Hörmətli oxucu, Siz də bizə maliyyə dəstəyi göstərə bilərsiniz!
Biz fiziki, yaxud hüquqi şəxslər tərəfindən bank hesabımıza hər hansı məbləğdə ianə köçürülməsinə həm də ona görə qarşı deyilik ki, belə bir şey bizim sayt kimi mediaviki saytı olan Vikipediyada da geniş tətbiq edilir, elə isə biz niyə burada ianələrə qarşı çıxmalıyıq ki? – biz bunu edəcək fiziki və hüquqi şəxslərə yalnız təşəkkür edə bilərik. Çünki həmin ianələr bizim saytdakı məqalələrin zənginləşdirilməsi, sayının artırılması, saytın texniki imkanlarının yaxşılaşdırılması, internet təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Hörmətlə, Aydın Məmmədov (müzakirə) 22:16, 18 iyun 2026 (+04), saytın sahibi və baş redaktoru.
Həmçinin, bax:[HTML redaktə]
