NETTY Milli İnternet Mükafatı müsabiqəsinin ekspertləri Elçin Bayramın, Rəşad Mehdiyevin, Mehman İsgəndərovun, Mahir Mədətovun, Məhəmməd İbadlının, Aytən Allahverdiyevanın tövsiyələri ilə bağlı müzakirələr Vizual/Mobil redaktə

1 – 7 dekabr 2024-cü il tarixləri arasında NETTY Milli İnternet Mükafatı müsabiqəsinin nominasiyaları üzrə namizədləri seçilir. Müsabiqəyə Şəki Ensiklopediyası və onun “Şəki təqvimi” facebook qrupu da daxil edilmişdir. Saytımıza və facebook qrupumuza səs vermiş ekspertlərdən bəziləri bizə öz tövsiyələrini də bildirdilər. Onlara təşəkkür edirik, bununla yanaşı həm də əlavə edirik ki, onların bəzən nə demək istədiklərini, nəyə eyham vurduqlarını əsla başa düşə bilmədik?! Odur ki onların özlərini bu müzakirəyə dəvət edirik ki, imkan varsa gəlib fikirlərini bizə izah etsinlər:

Elçin Bayram Vizual/Mobil redaktə

O, burada yazıb ki,

  Bu üslubda beynəlxalq müstəvidə yetərincə populyar olan alternativ platforma fəaliyyətdədir. Müəlliflik hüququ ilə bağlı məlumatlar çox azdır. İstifadə edilən kontentin doğruluğuna dair ətraflı məlumatların verilməsi vacibdir. Alternativ mənbədən oxşar məlumatların olması çoxluq təşkil edir.  

Bilmək istəyirik,

  • 1. “Bu üslubda beynəlxalq müstəvidə yetərincə populyar olan alternativ platforma fəaliyyətdədir” ― deyərkən nəyi nəzərdə tuturdu? Şəki Ensiklopediyası Mediaviki platformasında fəaliyyət göstərən ilk Azərbaycan saytıdır. Başqa ölkələrdə bu kifayət qədər populyardır, hətta universitetlərin saytlarını belə Mediaviki platformasında yaradırlar, lakin Azərbaycanda bunu ilk dəfə biz tətbiq etdik. Bizdən əvvəl Vikipediyanın və Şiə Vikipediyasının azərbaycanca bölməsi və xaricdə yaşayan bakılı yəhudilərin saytları Mediaviki platformasında var id, lakin birincilər sayt bölmələri, sonuncu isə rusca idi.
  • 2. “Müəlliflik hüququ ilə bağlı məlumatlar çox azdır” ― deyərkən nəyi nəzərdə tutur? Mediavikini nəzərdə tutursa, saytda onun loqosu var. Məqalələrin müəllifini soruşursa, bu barədə də qeydimiz var, müəllif hüquqları Şəki Ensiklopediyasının redaksiyasına aiddir. Biz heç kimin məqaləsini kopya etmirik, bütün məqalələri özümüz yazırıq.
  • 3. “İstifadə edilən kontentin doğruluğuna dair ətraflı məlumatların verilməsi vacibdir” ― deyərkən nəyi nəzərdə tuturdu? Bunu heç başa düşmürük?
  • 4. “Alternativ mənbədən oxşar məlumatların olması çoxluq təşkil edir” ― deyərkən nəyi nəzərdə tutduğunu da əsla başa düşmədik. Hansı alternativ mənbədən, hansı oxşar məlumatlar? Aydın Məmmədov (müzakirə) 02:25, 7 dekabr 2024 (+04)Cavab ver

Rəşad Mehdiyev Vizual/Mobil redaktə

O, burada yazıb ki,

  Domen wikipediyada olan bir bölməyə inteqrasiya olunub. Ona görə sayta daxil olan zaman sanki wikipadiyasan.  

Sayta daxil olan oxucu həqiqətən də özünü Vikipediyadakı kimi hiss edə bilər, bu doğru, çünki Vikipediya da Mediaviki saytıdır. Amma “domen wikipediyada olan bir bölməyə inteqrasiya olunub” fikrini başa düşə bilmirik? O, burada isə yazıb ki,

  Şəkiyə aid olan saytların linkləri paylaşılır. Ancaq həmin saytlarda olan xəbərləri mətn kimi paylaşmaq daha yaxşı olardı.  

Amma məsələ bursındadır ki, bizim qrupda Şəkiyə aid saytların yox, Şəki Ensilopediyasının məqalələri paylaşılır, çox nadir hallarda tək link paylaşılır. Əksər hallarda əvvəl qısa mətn, sonra isə ətraflı məlumat üçün mənbənin linkini veririk. Aydın Məmmədov (müzakirə) 02:25, 7 dekabr 2024 (+04)Cavab ver

Mehman İsgəndərov Vizual/Mobil redaktə

O, burada yazıb ki,

  Qrupu bəyənmədim. Paylaşılan mətnlər və istifadə olunan media materiallarına diqqət yetirilməyib. Qrupun cover şəkli və loqosu da redaktəyə ehtiyac duyur.  

Qrupun cover şəkli var, bu Şəki Ensiklopediyası saytının şəklidir. Çünki qrup Şəki Ensiklopediyasının qrupudur. Şəki Ensiklopediyasının şəklini redaktə etmək lazımdır? Loqo isə ümumiyyətlə yoxdur. Qrupun da loqosu olur bəyəm? “Paylaşılan mətnlər və istifadə olunan media materiallarına diqqət yetirilməyib” – deyərkən isə nəyi nəzərdə tutduğunu əsla anlaya bilmirik? Bilmək istəyirik, hansı mətnə, hansı materiala diqqət yetirməmişik?

O, burada isə yazıb ki,

  Sayta daxil ola bildim. Sayt MediaWiki üzərindən hazırlanıb və buna görə də dizaynı və strukturu Wikipedia səhifəsinə çox oxşayır. Düşünürəm ki, məlumatların paylanma tezliyini artırmaq və saytı yenidən kodlaşdırmaq, yaxud hazır CMS üzərində qurmaq saytın funksionallığını və effektivliyini daha da yaxşılaşdıra bilər.  

Çox sevindik ki, ekspertlər arasında saytın Mediaviki platformasında yaradıldığını bilənlər də varmış. Məlumatların paylanma tezliyi Vikipediya ilə eynidir, yəni yüksəkdir. Amma saytımızın serverində problem varsa, CMS heç bir kömək etməyəcəkdir, məsələn, bir həftədən də çoxdur ki, bizim əvvəlki serverimizdə saytlar xarici provayderlər tərəfindən açılmır. Amma Azərbaycanda yüksək sürətlə açılır: https://shekiwiki.com/encyclopedia/Ana_s%C9%99hif%C9%99 Amma Mehman İsgəndərov nəyə görə sayta 1 1 1 səs verdiyini izah edə bilmir. Nə çatışmamazlıq var saytda? Unikal məlumatlar, unikal layihə, oxucu sayı regionlar arasıda ən çox, texniki cəhətdən sayt yüksək vəziyyətdə. Çatışmayan nədir bəs Mehman bəy? Niyə 5 5 5 yox, 1 1 1?

Aydın Məmmədov (müzakirə) 02:25, 7 dekabr 2024 (+04)Cavab ver

Mahir Mədətov Vizual/Mobil redaktə

O, burada yazıb ki,

  İdeya maraqlıdır amma qrupda dizayn edilmiş postlar yoxdur. faydalı məlumatlar yoxdur. Həmçinin ümumi ideya balaca çərçivəni əhatə edir.  

Başa düşə bilmirik, “faydalı məlumat” deyərkən Mahir bəy nəyi nəzərdə tutur? Azərbaycanın Şəki əsilli görkəmli şəxslərinin, şəhidləri doğum və anım günlərinində onları xatırlamaq, əlamətdar günləri qeyd etmək, bunlar faydalı məlumat deyilmi? Qrup üzvünə deyəndə ki, bu gün Fətəli xan Xoyskinin anadan olduğu gündür, bu faydasız məlumatdırmı? “Həmçinin ümumi ideya balaca çərçivəni əhatə edir” ― deyəndə nəyi nəzərdə tutduğunu da anlamadıq? Qrupun fəaliyyəti adına uyğundur. Şəhidlər haqda qruplar da var, avtomobil haqqında da və s. Bunlara da "dar çərçivə" deyə bilərmi? Aydın Məmmədov (müzakirə) 13:23, 7 dekabr 2024 (+04)Cavab ver

Aytən Allahverdiyeva Vizual/Mobil redaktə

O, burada yazıb ki,

  Dizayn və paylaşım fotolarının keyfiyyətinə fikir verilsə yaxşı olardı. Vahid üslub yoxdur.  

Amma məsələ burasındadır ki, bizim qrupda demək olar ki foto paylaşılmır. Linki paylaşarkən fotolar özü avtomatik çıxır. Və bu fotolar həm kompüterdə, həm də telefonda normal açılır və görünür. Daha nəyə fikir verməliydik ki? Və "vahid üslub" necə yəni yoxdur? Aydın Məmmədov (müzakirə) 18:39, 7 dekabr 2024 (+04)Cavab ver

Məhəmməd İbadlı Vizual/Mobil redaktə

O, burada yazıb ki,

  dizayn kopyalanıb təəssüf ki.  

Ekspertin bu sözünə çox təəccüblənirik. Nəyi kopya etmişik, haradan kopya etmişik? Açın Mediaviki saytlarının hamısını, Vikipediyanın bütün dil bölmələri, bunlar əlbəttə ki bir-birlərinə oxşayırlar, amma bizim dizayn onların heç birinin koyası deyil, unikal dizayndır əslində. Aydın Məmmədov (müzakirə) 18:39, 7 dekabr 2024 (+04)Cavab ver

Bizim qrup niyə nöminant ola bilmədi? Vizual/Mobil redaktə

1 – 7 dekabr 2024-cü il tarixləri arasında NETTY Milli İnternet Mükafatı müsabiqəsinin nominasiyaları üzrə namizədləri seçilir. Hal-hazırda səsvermə başa çatmış kimi görünür və Şəki Ensiklopediyası kimi və onun “Şəki təqvimi” facebook qrupu da 3 nominant sırasında deyil, hər biri 4-cü yerdə qərarlaşıb. Ən pisi isə budur ki, “Şəki təqvimi” 4 iştirakçı arasında 4-cüdür. Bu necə baş verdi? Biz səsləri cədvələ köçürdük, belə bir təsəvvür yarandı ki sanki ekspertlər əvvəlcədən bizim qrupu yarışdan çıxarmağa qərarlı imişlər? Çünki bir hal istisna olmaqla, ekspertlərin hamısı ən az səsi bizim qrupa veriblər. Halbuki bu qrup Azərbaycanın ən aktiv facebook qruplarından biridir və bu qrupda çox əhəmiyyətli operativ paylaşmalar edilir. Aparıcı KİV bu qrupu izləyir. Dekabrın 3-də İbrahim Mustafayevin vəfatı, bundan 1-2 gün əvvəl tanınmış heykəltəraş Əsgər Kərimovun vəfatını aparıcı KİV bizim qrupdan götürmüşdür. Amma ekspertlər Story.1az instagram səhifəsinə də bizdən çox səs verdilər. 3-4 dənə şəkil paylaşıblar, yanında bir kəlmə söz, özü də sistemsiz, ağıllarına nə vaxt gəldi, o vaxt...

4 ekspert başqa iştirakçılara səs versə də, bizim qrupa səs verməyib. 3 halda isə bizim qrupa səs vermiş ekspert, başqa bir iştirakçıya səs verməyib...

Siyahı
Sıra Ekspertin adı Üzləşmə (Podkast)
fikir, məzmun, icra
"Mənzil 111" kanalı
fikir, məzmun, icra
Story.1az
fikir, məzmun, icra
Şəki təqvimi
fikir, məzmun, icra
1 Agarajab Jafarov 5 4 5 4 4 4 5 4 5 4 3 2
2 Ayten Alizade 5 5 5 5 5 5 x 4 3 3
3 Aytən Allahverdiyeva 5 5 5 5 5 4 5 4 3 3 4 2
4 Bahruz Gurbanov 5 5 5 5 4 4 5 4 4 x
5 Bəhlul Mikayılov 5 3 2 4 4 3 5 4 4 x
6 David Khripunov 5 5 5 5 4 4 5 4 3 4 3 2
7 Elçin BAYRAM 5 5 5 4 4 2 5 5 4 3 2 1
8 Emin Yusifov x x x x
9 Əkbər Əsədov x x x x
10 Igor Vologin 5 5 5 4 4 3 5 3 2 4 2 2
11 Lətif Kərim 4 5 5 5 2 4 5 4 5 x
12 Mahir Mədətov 5 5 5 5 4 5 5 4 4 5 2 2
13 Malik Rashidov 5 5 5 5 5 5 5 4 3 4 4 2
14 Mehman İsgəndərov 5 5 5 4 4 2 5 4 3 3 2 2
15 Məhəmməd İbadlı 5 5 5 5 4 4 5 5 3 4 3 2
16 Nizami Rzayev 5 5 5 5 5 5 x 5 3 3
17 Parvin Amirov 4 4 4 4 4 4 3 3 4 3 3 2
18 Qorxmaz Yunusov x 5 4 4 5 4 4 5 3 3
19 Rəşad Mehdiyev 5 5 5 4 4 3 5 4 3 4 2 2
20 Rəsul Həsən x x x x
21 Rinat Kalimulin x x x x
22 Teymur Hajiyev x x x x
23 Vaqif Axundov 5 5 5 3 2 2 5 4 2 5 4 2
24 Zaur Bayramov x x x x
25 Zaur Dadaşov 5 5 5 4 4 3 5 4 3 x

Aydın Məmmədov (müzakirə) 15:00, 7 dekabr 2024 (+04)Cavab ver

Adil Qeybullanın "Şəki Ensiklopediyası"na qarşı şantaj xarakterli bəyanatı, təşkil etdiyi anti-reklam və böhtan kampaniyası haqqında Vizual/Mobil redaktə

Məlumat üçün əvvəlcə bildirək ki, "Şəki Ensiklopediyası" həm ayda 7 mindən artıq oxucusu olan, shaki.info, sheki.org və aze.wiki domenlərində fəaliyyət göstərən wiki-sayt, həm dövlət qeydiyyatından keçmiş MMC, həm də Media Reyestrində qeydiyyatdan keçmiş media subyektidir. "Şəki Ensiklopediyası" MMC media subyektinin tərkibində 3 çap redaksiyası var: "Şəki Ensiklopediyası" jurnalı, "İpəkçi" qəzeti və "Oğuz xəbərləri" qəzeti. Heç bir sponsorumuz yoxdur, dövlət yardımı da almırıq. Buna baxmayaraq biz bu ilin birinci yarısında Şəki Ensiklopediyasını kitab şəklində çapına hazırlaşırıq. Saytda 1.300-dən artıq məqaləmiz var, yalnız qalıb məqalələri kağız ensiklopediyaya daxil etmək.

"Şəki Ensiklopediyası"nın eyniadlı FB səhifəsi və "Şəki təqvimi" adlı FB qrupu da var. İkincidə biz ensiklopediyada haqqında məqalə olan şəxslərin anadan olduqları günlərdə onları təbrik edirik və onlar haqqında məqalələri paylaşırıq. 29 dekabr 2025-ci il tarixdə saat 20:31 radələrində deputat Vüqar İskəndərovun ad gününü təbrik etdik.

 
təsvir

Bundan cəmi 1 saat 10 dəqiqə sonra - 21:41-də, qrup üzvü olan Adil Qeybulla öz FB səhifəsində aşağıdakı bəyanatı paylaşdı:

Şəki Ensiklopediyasının rəhbərliyinə! Gələn ilin birinci yarısında nəşr edilməsi planlaşdırılan Şəki Ensiklopediyasında yer alacaq şəxslərin sırasından adımın çıxarılmasını tələb edirəm. Dəyərli yurddaşlarımın bunu anlayışla qarşılamalarını arzu edərdim. Həmin kitabda poz verən bəzi apologetlərlə adımın hallanmasını qətiyyən istəmirəm. Geci ya tezi tarix hər kəsi öz yerinə qoyacaq, bəzilərini rektala evakuasiya edənə qədər. Sayğılarla, Adil Qeybulla 28 dekabr 2025

 
təsvir

Məlumat üçün əlavə edək ki, Adil Qeybulla Vüqar İskəndərovla eyni dairədən namizəd olmuş, lakin seçilməmişdir. Vüqar İskəndərovun ad gününü təbrik etməyimiz Adil Qeybullanı qıcıqlandırmış və o, "Şəki Ensiklopediyası"na qarşı əsassız böhtan kompaniyası başlatmışdır. Hələ çap olunmamış kitabda onun haqqında məqalənin daxil edilməməsi tələbi isə jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə, inzibati xəta və onun səlahiyyət həddini aşmasıdır. O, evdar qadın deyil, ictimai şəxsdir, dəfələrlə deputatlığa namizəd olub, belə bir tələb etməsi yolverilməzdir. Ən maraqlısı budur ki, hal-hazırda saytda olan məqalənin silinməsini yox, hələ çap olunmamış kitabdakı məqalənin silinməsini istəyir?!

Yeri gəlmişkən onu da əlavə edək ki, Adil Qeybulla bəyanatın tarixini 28 dekabr kimi göstərsə də (ya texniki səhvə yol verir, ya da özü qəsdən bəyanatın bir gün əvvəl yazılması görüntüsü yaratmaq istəyir?) bəyanatın dəqiq tarixi 29 dekabr 21:41 olaraq avtomatik qeyd olunub, bunu hamı görə bilər.

3 gün ərzində bu posta 600 bəyənmə gəlmiş, 11 paylaşma və 77 şərh yazılmışdır. Şərhlərin əksəriyyəti Adil Qeybulla tərəfindən "Şəki Ensiklopediyası"na qarşı təşkil olunmuş böhtan və anti-reklam kampaniyası üslubundadır, şərhlərin ən azı yarısı trollar tərəfindən yazılmışdır. Ortaq məzmun budur ki, guya Adil Qeybulla bu bəyanatı ilə çox böyük bir qəhrəmanlıq edibmiş, guya "Şəki Ensiklopediyası"nda yoldan ötən şəxslər barədə məqalələr yaradılır, guya görkəmli şəxslər barədə məqalələr yoxdur?! Amma bir dənə fakt belə göstərilmir. Yəni tam qarayaxma! Bu şərhlərin kimin tərəfindən yazılmasından asılı olmayaraq məsuliyyət Adil Qeybullanın böynundadır. Çünki öz troll ordusunu o, özü "Şəki Ensiklopediyası"na böhtan atmağa istiqamətləndirmişdir. Trollar yazdıqlarına cavab verə bilmirlər, çünki troldurlar. Adil Qeybulla riyakarlıq edərək bizim 7 illik zəhmətimizi, unikal layihəmizi hörmətdən salmağa cəhd edir.

Adil Qeybullanın bəyanatını https://cebheinfo.az/ və https://www.baki-xeber.com/ saytları da paylaşdı. Hər ikisini minlərlə adam oxudu. Nəticədə Adil Qeybullanın öz FB səhifəsində "Şəki Ensiklopediyası"na qarşı yalan məlumat paylaşması bizim biznesimizə, brendimizə və mediamıza maddi və mənəvi zərər vurmuş oldu. Ziyanın məbləği 100 min manatdan artıq olduğunu hesablayırıq. 7 illik fədakarcasina, təmənnasız, heç bir ödəniş qarşılığı olmadan Vətənə xidmətimiz bir andaca şübhə altına düşdü.

Biz Baş Prokurorluğa, məhkəməyə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq. Burada səhv, inzibati xəta yox, qrup şəklində cinayət baş verdiyini düşünürük.

Bizə vurduğu böyük həcmli maddi ziyana, bizə qarşı təşkil etdiyi şantaj, böhtan və anti-reklam kampaniyasına baxmayaraq, biz Adil Qeybullaya bir şans verə bilərik: "Şəki Ensiklopediyası" rəhbərliyindən, "Şəki Ensiklopediyası"nın oxucularndan, bütün şəkililərdən üzr istəməlidir. Bəyanatı harada vermişdisə, həmin səhifədə və https://cebheinfo.az/ və https://www.baki-xeber.com/ saytlarında.

Aydın Məmmədov — “Şəki Ensiklopediyası” saytının, “Şəki Ensiklopediyası” MMC-nin və eyniadlı media subyektinin təsisçisi.

"Sual-cavab, xəbərdarlıq, təklif və iradlar..." layihə səhifəsinə qayıt.