AZE.WIKI:Müəlliflik hüququ

Hal-hazırda − 16 noyabr 2026-cı il tarixdə, UTC vaxtı ilə saat 18:51 radələrində, AZE.WIKI saytında cəmi 1.377 məqalə var ki, bunlardan da 1.317 məqalə YM (Yoxlanılmış Məqalə), 29 məqalə isə YS (Yoxlanılmış Siyahı) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə YM statusunun olmaması isə o deməkdir ki, onlar hələlik AZE.WIKI redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopedik tələblərə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələri ensiklopedikləşdirməyə çalışırıq.
Həmçinin, bax: Layihə haqqında.