İbad Salmanov
İbad Salmanov (1904–1989) — tanınmış tarzən və musiqiçi-pedaqoq.
| İbad Salmanov | |
|---|---|
| Salmanov İbad Yusif oğlu | |
| İbad Salmanov. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 1904 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfatı | 10 aprel 1989 (85 yaşında) |
| Vəfat yeri |
Şəki, |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1904-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Fəaliyyəti Vizual/Mobil redaktə
Uşaq aşlarından musiqiyə maraq göstərib. Əvvəl Samovar oğlu İdrisdən, sonra isə Əhmədbəy Tahirovdan tar çalmaq öyrənib və 20 yaşından toylarda və el şənliklərində tar çalmağa başlayıb.
1933 – 1937-ci illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının orkestrində,
1937 – 1967-ci illərdə Nuxa pionerlər evində işləyib.
Şəki şəhər mədəniyyət evində təşkil olunmuş konsert briqadalarının tərkibində Azərbaycanın bir sıra yerlərinə, həmçinin Gürcüstana və Dağıstana qastrol səfərlərinə gedib.
Vəfatı Vizual/Mobil redaktə
10 aprel 1989-cu il tarixdə – 85 yaşında, Şəkidə vəfat edib.
Xatirəsi Vizual/Mobil redaktə
Şairlər Yaqub Mahir və İsa Şuşalı İbad Salmanov haqqında şeir yazıblar.
Mirzə Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor klubu İbad Salmanovun adını daşıyır.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Təhmirazqızı S. İbad Salmanov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 83-85. — 300 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |