İmran Hacıyev
İmran Hacıyev (1929–2017) — dəniz neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. Texnika elmləri doktoru, professor Fərman Hacıyevin (1929–2002) əkiz qardaşıdır.
| İmran Hacıyev | |
|---|---|
| Hacıyev İmran Mustafa oğlu | |
| İmran Hacıyev. | |
| Təvəllüdü | 15 dekabr 1929[qeyd 1] |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 3 dekabr 2017 (87 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, dəmiryol fakültəsi (1947–1950) • Azərbaycan Politexnik İnstitutu, dəmiryol fakültəsi (1950–1952) |
| Həyat yoldaşı | Afərdə Hacıyeva |
| Övladları | İlahə İbrahimova və Mustafa Hacıyev |
| Atası | Hacıyev Mustafa Hacıhəmid oğlu |
| Anası | Hacıyeva Minayə Məmmədsadıq qızı |
| Mükafatları |
|
| Adının digər versiyaları | Imran Haciyev, Имран Гаджиев, Имран Һаҹыјев |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 dekabr 1929-cu il tarixdə[qeyd 1] Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1947 – 1950-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun dəmiryol fakültəsində,
1950 – 1952-cü illərdə isə Azərbaycan Sənaye İnstitutunun bazasında yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunun dəmiryol fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1971-cı ildə texnika elmləri namizədi elmi dərəcəsini alıb.
Neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə 120-dən çox elmi əsərin və 6 müəllif şəhadətnaməsinin müəllifidir.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1952-ci ildən “Voroşilovqradstroy” trestində (Voroşilovqrad (indiki Luqansk, Ukrayna)) əvvəl iş icraçısı, sonra sahə rəisi,
1956-cı ildən “Qipromorneft” (“Dənizneftqazlayihə”) Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) mühəndis-konstruktor, sonra böyük mühəndis,
1964 – 1999-cu illərdə layihənin baş mühəndisi vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti Vizual/Mobil redaktə
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs deyib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- Azərbaycan SSR Dövlət mükafatı – “Xəzər dənizinin böyük dərinliklərində iri neft və qaz yataqlarının aşkar edilməsinin və mənimsənilməsinin sürətləndirilməsini təmin edən elmi-texniki kompleksin yaradılması və tətbiq olunması üçün” mövzusunda tədqiqatlarına görə (26 may 1991-ci il);
- “Tərəqqi” medalı (20 sentyabr 2001-ci il);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (18 sentyabr 2008-ci il).
Vəfatı Vizual/Mobil redaktə
3 dekabr 2017-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.
Qeyd Vizual/Mobil redaktə
- ↑ 1,0 1,1 Əkiz qardaşı Fərman Hacıyevin (1929–2002) sənədlərində isə təvəllüd tarixi 1 ay fərqlidir: 15 noyabr 1929-cu il. Görünür sənıdləşmə zamanı əkizlərdən hansınınsa doğum tarixində texniki səhvə yol verilmişdir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- İmran və Fərman Hacıyevlərin şəxsi işləri. — Müraciət tarixi: 10.12.2023.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev İmran // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 218-219. — 1.000 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |