İslam Bəkirov
İslam Bəkirov — tanınmış pedaqoq və sabiq bələdiyyə işçisi. Müxtəlif illərdə Baş Şabalıd bələdiyyəsinin və Baş Göynük bələdiyyəsinin sədri və sonuncunun sədr müavini vəzifəaində çalışıb.
| İslam Bəkirov | |
|---|---|
| Bəkirov İslam Şükür oğlu | |
| İslam Bəkirov. | |
| Anadan olub | 14 oktyabr 1945 |
| Anadan olduğu yer |
Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, |
| Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1963–1965; 1968–1971) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
14 oktyabr 1945-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1963 – 1965; 1968 – 1971-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1965 – 1968-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1971-ci ildən Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində əvvəl müəllim, sonra direktor müavini işləmiş, daha sonra Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbində müəllim və direktor müavini,
1981 – 1989-cu illərdə direktor,
1989 – 1994-cü illərdə Baş Göynük kənd Sovetinin katibi,
1994 – 2000-ci illərdə yenidən Baş Şabalıd kənd tam orta məktəbində müəllim,
2000 – 2009-cu illərdə Baş Şabalıd bələdiyyəsinin sədri,
2010 – 2018-ci illərdə Baş Göynük bələdiyyəsinin sədr müavini,
2018 – 2019-cu illərdə Baş Göynük bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
2020-ci ildən yenidən Baş Göynük bələdiyyəsinin sədr müavinidir.
Ailəsi Vizual/Mobil redaktə
4 oğlu və 1 qızı var. Övladlarından 2-i ali təhsilli, 1-i isə orta-ixtisas təhsillidir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Bəkirov İslam Şükür oğlu... // Baş Şabalıd (facebook səhifəsi). — 2021. — 22 yanvar. — Müraciət tarixi: 28.11.2022.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |