Şükran Mustafayev
Şükran Mustafayev — Bakı şəhər 254 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini. Daha əvvəl jurnalist və televiziya aparıcısı kimi də fəaliyyət göstərmişdir.
| Şükran Mustafayev | |
|---|---|
| Mustafayev Şükran Şəhliyar oğlu | |
| Şükran Mustafayev. | |
| Anadan olub | 12 fevral 1985 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlıq |
|
| Təhsili | Bakı Avrasiya Universiteti, jurnalistika fakültəsi (–2009) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
12 fevral 1985-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2002-ci ildə Şəki şəhər 9 nömrəli tam orta məktəbini,
2009-cu ildə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2009 – 2013-cü illərdə bir sıra özəl müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.
2013 – 2014-cü illərdə Bakı şəhəri 152 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini olub.
2014 – 2017-ci illərdə Bakı şəhəri 152 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlərini icra edib. Eyni zamanda həmin illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunda aparıcı mütəxəssis vəzifəsində çalışıb.
2017-ci ildən Bakı şəhəri 254 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavinidir.
Jurnalistlik fəaliyyəti Vizual/Mobil redaktə
Vaxtilə “Kanal-S”-də yayımlanan “Məclisi-şüəra” verilişinin bir neçə buraxılışının aparıcısı olub. Eyni zamanda onlarla ictimai-siyasi, elmi-mədəni, publisistik məqalənin müəllifi, bir çox bədii-musiqili tədbirlərin təşkilatçısı və ssenari müəllifidir.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
34 saylı Xətai II seçki dairəsinin 22 saylı məntəqə seçki komissiyasının sədridir.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir. Bir övladı var.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |