Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Fuad Abdurahmanlı
Fuad Abdurahmanlı

Gənc araşdırmaçı-jurnalist, “Türküstan” qəzeti saytının redaktoru Fuad Abdurahmanlı (1986–2014) 10 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.



Fərid Lətifov
Fərid Lətifov

Azərbaycan Silahlı Qüvvələrinin 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan – Ermənistan sərhədində şəhid olmuş əsgəri. Fərid Lətifov (2001–2022) 10 oktyabr 2001-ci il tarixdə Şəkidə doğulub.



Sənan Ələsgərzadə
Sənan Ələsgərzadə

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Sənan Ələsgərzadə (1995–2020) 10 oktyabr 1995-ci il tarixdə Şəki rayonunun Əliyar kəndində doğulub.



Əli Əliyev
Əli Əliyev

Tanınmış mühəndis-energetik Əli Əliyev (1930–2001) 10 oktyabr 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1957 – 1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur. Daha sonra əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib.



Qalib Əhmədov
Qalib Əhmədov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qalib Əhmədov (2001–2020) 10 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.



Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Cəbrayılov

İkinci Dünya müharibəsi dövründə Fransada аntifaşist мüqavimət hərəkatının iştirakçısı olmuş Əhmədiyyə Cəbrayılov (1929–2000) 10 oktyabr 1994-cü il tarixdə – 74 yaşında, Şəkidə xəstəxanada vəfat edib. Onu bir neçə gün əvvəl Şəkidə yolu keçərkən maşın vurmuşdu.




<<əvvəlki gün 10 oktyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)