Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Aydın Məmmədov
Aydın Məmmədov

Tanınış pedaqoq və riyaziyyat müəllimi Aydın Məmmədov 13 noyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Səki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbində dərs demiş və onun bir sıra yetirmələri müxtəlif respublika və beynəlxalq olimpiadalarda uğurla çıxış etmiş və medallar qazanmışdır.



Həmid Mustafayev
Həmid Mustafayev

Me­tal­logeniya, geokimya və petrologiya sahə­ləri üzrə görkəmli mütəxəssis, geologiya-mine­ralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü, AMEA Geologiya İnstitutu­nun metal­lo­geniya şöbəsinin müdiri Həmid Mustafayev (1932–2011) 13 noyabr 1932-ci il tarixdə Bakıda anadan olub.



Məhəmməd Zahid
Məhəmməd Zahid

Tanınmış islam alimi, yazıçı, din xadimi, vaiz, nəqşibəndiyyə şeyxi və Fateh İsgəndərpaşa məscidinin (İstanbul, Türkiyə) imamı Məhəmməd Zahid (1897–1980) 13 noyabr 1980-ci il tarixdə – 83 yaşında, İstanbulda vəfat edib. Cənazə namazı 14 noyabr tarixdə Süleymaniyə Məscidində qılındıqdan sonra nəşi Qanuni Sultan Süleyman Türbəsi məzarlığında dəfn edilmişdir. Məhəmməd Zahidin valideynləri 1880-cı ildə Nuxadan (indiki Şəki) Anadoluya köçərək Bursada məskunlaşmışdılar. Məhəmməd Zahidin imam olduğu məscidin icma üzvləri arasında Türkiyənin bir sıra görkəmli dövlət xadimləri, o cümlədən Turqut Özal, Nəcməddin Ərbakan və başqa görkəmli şəxslər də olub.



Əhməd Rəşidov
Əhməd Rəşidov

Tanınmış jurnalist, “Bakı” axşam qəzetinin redaktor müavini Əhməd Rəşidov (1918–1982) 13 noyabr 1981-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. O, daha əvvəllər bir sıra qəzet və jurnal redaksiyalarında da çalışmış və “Mingəçevir inşaatçısı” qəzetinin ilk redaktoru olmuşdur.



Əhməd Əbdürrəhimov
Əhməd Əbdürrəhimov

XX əsrin ikinci yarısında və XXI əsrin birinci onilliyində Şəkidə rəhbər vəzifələr tutmuş tanınmış şəxs Əhməd Əbdürrəhimov (1929–2009) 13 noyabr 2009-cu il tarixdə – 80 yaşında, vəfat edib.



<<əvvəlki gün 13 noyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)