Şablon:17 aprel
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Asif Rəhimov (1993–2020) 17 aprel 1993-cü il tarixdə Şəki rayonunun Çayqaraqoyunlu kəndində doğulub.
|
Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri Fərrux Yusifov (1916–1976) 17 aprel 1916-cı il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub. O, müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.
|
|
|
İqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbinin iqtisadiyyat kafedrasının dosenti Ləman Kaşiyeva 17 aprel 1967-ci il tarixdə Bakıda anadan olub.
|
Tanınmış musiqiçi-pedaqoq və tarzən Namiq Həmidov 17 aprel 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1980-cı illərdə Şəki Musiqi Texnikumunun direktoru olmuş, sonralar uzun müddət Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2021-ci ilin noyabr ayından əmək təqaüdündədir.
|
|
|
Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri, siyasi elmlər doktoru və professor Hadi Rəcəbli (1947–2024) 17 aprel 2024-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
|
Tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa (indiki Şəki) şəhər xəstəxanasının baş həkimi Məmməd Hacıyev (1890–1954) 17 aprel 1954-cü il tarixdə – 63 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)





