Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Bəxtiyar Məmmədov
Bəxtiyar Məmmədov

Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı Bəxtiyar Məmmədov (1925–1989) 18 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1965–1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəaində çalışmışdır.



Ceyhun Əhmədxanov
Ceyhun Əhmədxanov

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov (1988–2021) 18 oktyabr 1988-ci il tarixdə Qaradağ rayonunun (Bakı şəhəri) Lökbatan qəsəbəsində anadan olub. O, 30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub. Əslən Şəki rayonunun Qumux kəndindən idi.



Nurəddin Mustafayev
Nurəddin Mustafayev

Azərbaycan sovet partiya və dövlət xadimi Nurəddin Mustafayev 18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub. O, 1983–1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü, həmçinin, 1980–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1984–1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.



Rauf Quliyev
Rauf Quliyev

Tanınmış həkim-cərrah, uşaq cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri Rauf Quliyev (1953–2024) 18 oktyabr 1953-cü il tarixdə Bakıda anadan olub.



İsgəndər Bağbanlı
İsgəndər Bağbanlı

Tanınmış kimyaçı alım, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun analitik kimya laboratoriyasının rəhbəri İsgəndər Bağbanlı (1894–1974) 18 oktyabr 1894-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Azərbaycanda analitik kimya məktəbinin yaradıcılarından biri hesab olunur.



İkram Ağasıyev
İkram Ağasıyev

Tarix üzrə elmlər doktoru, professor, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İkram Ağasıyev 18 oktyabr 1963-cü il tarixdə Vartaşen rayonunun (hal-hazıərda Şəki rayonunun) Biləcik kəndində anadan olub.



Aydın Qazıyev
Aydın Qazıyev

Tanınmış həkim-pediatr Aydın Qazıyev (1943–2020) 18 oktyabr 2020-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.







<<əvvəlki gün 18 oktyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)