Şablon:1 iyun
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış alpinist, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbinin tədris bölməsinin rəhbəri Babək İsgəndərov 1 iyun 1986-cı il tarixdə Şəki rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.
|
Aprel döyüşləri şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Elnur İsgəndərov (1989–2016) 1 iyun 1989-cu il tarixdə Şəkidə anadan olmuşdur. O, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində – aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuş, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüşdür.
|
|
|
Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti və AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini Kamil Adışirinov 1 iyun 1960-cı il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.
|
Yazıçı, publisist və jurnalist Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı; 1910–1997) 1 iyun 1910-cu il tarixdə Nuxada (indiki Şəki), tacir ailəsində anadan olub. O, müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan SSR “Bilik” cəmiyyətində redaksiya-nəşriyyat şöbəsinin redaktoru və s. vəzifələrdə çalışmışdır.
|
|
|
2012 – 2019-cu illərdə idmanın cüdo, kabaddi, sumo, sərbəst güləş növləri üzrə bir sıra yerli və beynəlxalq yarışlarda iştirak etmiş və dəfələrlə mükafata layiq yerləri tutmuş Səkinə Məmmədova 1 iyun 1995-ci il tarixdə Şəkidə anadan olub.
|
Vaxtilə Şəkidə fəaliyyət göstərmiş məşhur “Zirvə” vokal-instrumental ansamblının üzvü və solisti olmuş tanınmış qarmon ifaçısı və musiqişünas-pedaqoq Zair Mustafayev 1 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
|
|
Tikinti və kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Bəşarət Paşayev (1938–2008) 1 iyun 2008-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib. O, Şəki şəhər icra hakimiyyəti başçısının müavini, Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi və digər məsul vəzifələrdə çalışmışdır.
|
Tanınmış riyaziyyatçı-pedaqoq, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Əfəndiyev (1887–1977) 1 iyun 1977-ci il tarixdə – 89 yaşında, Bakıda vəfat edib.
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 8 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)







