Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Leyla Əliyeva
Leyla Əliyeva

Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı Leyla Əliyeva (Qordiyevskaya) 21 noyabr 1949-cu il tarixdə Moskvada anadan olub. O, əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşansa da keçmiş əri kimi Londonda yaşamaqda davam edir. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və Şəkiyə də gəlib-gedir.



Murad Abdulla
Murad Abdulla

Şotlandiyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı şahmatçı, FİDE ustası, Şotlandiyanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının üzvü, kişilər arasında ikiqat Şotlandiya çempionu Murad Abdulla 21 noyabr 2000-ci il tarixdə Bakıda anadan olub. O, əslən Azərbaycanın Şəki şəhərindəndir, 2005-ci ildən vaideynləri ilə birlikdə Şotlandiyanın Aberdin şəhərində yaşayır.



Rüfət Əhmədov
Rüfət Əhmədov

Kimya elmləri namizədi, dosent Rüfət Əhmədov (1949–2016) 21 noyabr 2016-cı il tarixdə – 67 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə Şəki şəhər 8 №-li rus orta məktəbinin direktoru, ixtisasartırma kursunun direktoru, Şəki Pedaqoji Texnikumunda, Sumqayıt Dövlət Universitetində müəllim, yaxud dosent vəzifəsində çalışmışdır.





<<əvvəlki gün 21 noyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 3  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)