Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Səlahəddin Kazımov
Səlahəddin Kazımov

Sovet İttifaqı Qəhrəmanı, SSRİ daxili xidmət general-mayoru, Azərbaycan SSR daxli işlər nazirinin müavini Səlahəddin Kazımov (1920–1978) 22 dekabr 1920-ci il tarixdə Zaqatalada anadan olub. Onun atası Zaqataladan, anası isə Nuxadan (indiki Şəki) idi.



Əhməd Rəhimli
Əhməd Rəhimli

Sovet dövrində Azərbaycanda tanınmış partiya və təhsil işçisi və rəhbər kadr olmuş Əhməd Rəhimli (1906–1985) 22 dekabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki), dabbaq ailəsində anadan olub. O, müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi digər məsul vəzifələrdə çalışmışdır.



Əsabəli Salamov
Əsabəli Salamov

Tanınmış musiqiçi–pedaqoq Əsabəli Salamov (1948–2021) 22 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Şəki Musiqi Texnikumunda dərs demişdir.



Həsən Əliyev
Həsən Əliyev

Tanınmış teatr rejissoru və teatr aktyoru, pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru Həsən Əliyev (1910–1970) 22 dekabr 1970-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib. O, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olmuş və daha çox “Dəli Kür” filmindəki Rus Əhməd obrazı ilə yaddaşlara qalmış Eldar Əliyevin atası, Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti Dinarə Əliyevanın isə babasıdır.










<<əvvəlki gün 22 dekabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)