Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Aslan Rüstəmov
Aslan Rüstəmov

Tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi Aslan Rüstəmov 23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub.



Əhməd Rəşidov
Əhməd Rəşidov

Tanınmış jurnalist, “Bakı” axşam qəzetinin redaktorunun müavini Əhməd Rəşidov (1918–1982) 23 sentyabr sentyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Nəsib Əbdürrəhmanov
Nəsib Əbdürrəhmanov

Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Nəsib Əbdürrəhmanov (1913–1976) 23 sentyabr 1976-cı il tarixdə – 62 yaşında, Şəkidə ürək tutmasından vəfat edib.



Sabit Rəhman
Sabit Rəhman

Azərbaycan sovet yazıçısı, dramaturq və ssenaristi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan sovet komediyasının banilərindən biri Sabit Rəhman (1910–1970) 23 sentyabr 1970-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib. Bakıda – Fəxri Xiyabanda dəfn olunub.




<<əvvəlki gün 23 sentyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)