Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Rəcəb Abdurahmanov
Rəcəb Abdurahmanov

Tadio-televiziya yayımları sahəsində tanınmış mütəxəssis Rəcəb Abdurahmanov (1952–2021) 25 yanvar 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.



Rəna Əsədova
Rəna Əsədova

Texnika elmləri namizədi, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 6 saylı elmi-texniki informasiya və patent tədqiqatları şöbəsinin rəhbəri Rəna Əsədova 25 yanvar 1962-ci il tarixdə 25 yanvar 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində, ziyalı ailəsində anadan olub.



Tofiq Yusifov
Tofiq Yusifov

Peşəkar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, professor Tofiq Yusifov 25 yanvar 1957-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.



Kamal Zülfüqarzadə
Kamal Zülfüqarzadə

Fizika-riyaziyyat elmləri namizədi, dosent, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi Kamal Zülfüqarzadə (1934–2018) 25 yanvar 2018-ci il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.



Nazim Bilalov
Nazim Bilalov

Tanınmış mədəniyyət işçisi, teatr xadimi və aktyor, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının ilk direktoru Nazim Bilalov (1929–2001) 25 yanvar 2001-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.



Nəsib Muxtarov
Nəsib Muxtarov

Tanınmış arxeoloq, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisi Nəsib Muxtarov (1951–2019) 25 yanvar 2019-cu il tarixdə – 68 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib. Şəki rayonun Fazıl kəndi ərazisində yeraltı muzeyin yaradılmasında, Azərbaycan şimal-qərb bölgəsində arxeoloji abidələrin mühafizəsində böyük xidmətləri olmuşdur.



Veysəl Mustafayev
Veysəl Mustafayev

Tanınmış alım-pedaqoq, pedaqoji elmlər namizədi və dosent Veysəl Mustafayev (1894–1975) 25 yanvar 1975-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. O, 1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, başqa sovet respublikalarının institutlarında işləməyə məcbur olmuşdur. Həm azərbaycan dilində, həm də türkmən dilində bir buraxılış “Əlifba” dərsliyinin müəllifidir.



Əziz Əfəndizadə
Əziz Əfəndizadə

Tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri Əziz Əfəndizadə (1924–1996) 25 yanvar 1996-cı il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.






<<əvvəlki gün 25 yanvar sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)