Şablon:26 iyul
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Şair, yazıçı, publisist və pedaqoq Qurbanəli Camalov 26 iyul 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub. O, orta məktəbdə oxuduğu illərdən ədəbi yaradıcılıqla məşğul olmağa başlayıb. Şeirlərini yerli dövri-mətbuatda çap etdirib. 3 kitabı çap olunub.
|
Tanınmış pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi Ruhangiz Abdullayeva 26 iyul 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Şəki şəhər 11 saylı tam orta məktəbində tarix fənnindən dərs deyib. “Tarixçinin təqvimi”, “Tarixi və coğrafi anlayışlar lüğəti”, “Azərbaycan Xalq Cumhuriyyəti” və “Bura Vətəndir” kitablarının müəllifidir.
|
|
|
Tanınmış jurnalist, “Şəki fəhləsi” qəzetinin (indiki “Şəki” qəzeti) redaktor müavini və sabiq redaktoru Nizami Nəbiyev (1932–1993) 26 iyul 1993-cü il tarixdə – 61 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib. 27 iyul 1993-cü il tarixdə Böyük Dəhnə kənd qəbiristanlığında dəfn olunub.
|
Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Şərqdə opera yazmış ilk qadın bəstəkar Şəfiqə Axundova (1924–2013) 26 iyul 2013-cü il tarixdə – 89 yaşında, Bakıda vəfat edib.
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)



