Əbdüləli Hacıyev
Əbdüləli Hacıyev (1920–1998) — əməkdar rabitəçi, mühəndis-polkovnik. Uzun müddət Azərbaycan SSR DTK-nın hökumət rabitəsi şöbəsinə rəhbərlik etmişdir.
| Əbdüləli Hacıyev | |
|---|---|
| Hacıyev Əbdüləli Məmməd oğlu | |
| Əbdüləli Hacıyev. | |
| Təvəllüdü | 29 sentyabr 1920 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, |
| Vəfat tarixi | 26 fevral 1998 (77 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki |
| Atası | Məhəmməd Hacı Əbdüləlim oğlu |
| Anası | Gülşah Lətif qızı Bağbanlı |
| Həyat yoldaşı | Solmaz |
| Uşaqları | Afil və Gülşah |
| Təhsili | Azərbaycan Sənaye İnstitutu (1938–1941; 1946–1948) |
| Hərbi fəaliyyəti | |
| Rütbə | mühəndis-polkovnik |
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
29 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1938 – 1941 və 1946 – 1948-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
Hərbçi və əmək fəaliyyəti Vizual/Mobil redaktə
1941-ci ilin avqust ayında Bakı şəhər Dzerjinski Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən müharibəsində iştirak edib və yaralanıb.
2 iyul 1946-cı il tarixdə ordudan tərxis edilib.
1948 – 1952-ci illərdə “Azenerji”də baş mühəndis vəzifəsində çalışıb.
1952-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə xidmətə götürülüb.
1959 – 1987-ci illərdə Azərbaycan SSR DTK-nın hökumət rabitəsi şöbəsinə rəhbərlik edib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Orden, medal, diplom və fəxri fərmanlarla təltif olunub.
“Azərbaycan SSR Əməkdar rabitəçisi” fəxri adı (1977).
Vəfatı Vizual/Mobil redaktə
26 fevral 1998-ci il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Şəkidə Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Гаджиев Абдулали Мамед-оглы : [arx. 16.11.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.11.2023.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev Əbdüləli // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 158. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |