Əfrаim Abdullayev (1950–2023) — tanınmış mühəndis və iş adamı.

Əfrаim Abdullayev
Abdullayev Əfrаim Abdulla oğlu
Əfrаim Abdullayev
Əfrаim Abdullayev.
Anadan olub 26 avqust 1950(1950-08-26)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat edib 6 sentyabr 2023 (73 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki
Həyat yoldaşı Natalya
Övladı Fuad
Atası Abdulla Abdullayev
Anası Səlimə Abdullayeva
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, tikinti mühəndisi ixtisası (1978–1984)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

26 avqust 1950-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

8-ci sinfə qədər əvvəl Nuxa şəhər 10 №-li orta məktəbində, sonra isə Nuxa şəhər 7 №-li orta məktəbində azərbaycan dilində, 8-ci sinifdən sonra isə Nuxa gecə məktəbində rus dilində orta təhsil alıb.

1978 – 1984-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda tikinti mühəndisi ixtisası üzrə təhsil alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

1968 – 1970-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1970-ci ildə Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.

1972 – 1976-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatında sürücüsü-əməkdaş,

1977 – 1978-ci illərdə taksi sürücüsü,

1985 – 1988-ci illərdə Bakı şəhər kanalizasiya idarəsində texniki təhlükəsizlik üzrə mühəndis,

1988-ci ildən Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində texniki təhlükəsizlik üzrə böyük mühəndis,

1990 – 1994-cü illərdə Bakı suvenir fabrikində sex rəisi,

1997-ci ildən alman MAN şirkətinin Bakı bürosunun rəhbəri vəzifəsində çalışıb.

Vəfatı Vizual/Mobil redaktə

6 sentyabr 2023-cü il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib. Şəkidə Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

Bildiriş Vizual/Mobil redaktə