Əhməd Yaşat
Əhməd Yaşat (1917–1985) — Türkiyədə 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin yaradıcılarından biri və dərnəyin 1952-ci ildə nəşrə başlamış “Azərbaycan” jurnalının ilk redaktoru.
| Əhməd Yaşat | |
|---|---|
| Şirinzadə Əhməd Həsən oğlu | |
| Əhməd Yaşat. | |
| Anadan olub | 1917 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, |
| Vəfat edib | 26 yanvar 1985 (68 yaşında) |
| Atası | Həsən |
| Anası | Zəhra |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1917-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
İlk təhsilini Nuxada alıb. Daha sonra Bakıda tibb üzrə təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
SSRİ – Finlandiya müharibəsində (1939–1940) və Böyük Vətən müharibəsinin (1941–1945) əvvəllərində döyüşən sovet ordusunda həkim olaraq xidmət edib. Sonuncuda almanlara əsir düşüb. Bir müddət sonra Azərbaycan legionunda həkim olaraq xidmət etmək müqabilində əsirlikdən azad edilib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1945 – 1948-ci illər arasında Hannoverdə (Almaniya),
1948 – 1985-ci illərdə Türkiyə quru yolları 4-cü bölgəsində (Ankara və ətrafı) həkim işləyib.
Siyasi fəaliyyəti Vizual/Mobil redaktə
1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyi qurulduğu zaman idarə heyətində təmsil olunub, iki dəfə sədr seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci il tarixdən 20 dekabr 1965-ci il tarixədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu il tarixdən 26 dekabr 1970-ci iltarixədək davam edib.
1952-ci ildən Ankarada nəşrə başlayan “Azərbaycan” jurnalının (Azərbaycan Kültür Dərnəyinin nəşri) məsul müdiri olub.
Vəfatı Vizual/Mobil redaktə
26 yanvar 1985-ci il tarixdə – 68 yaşında, Ankarada vəfat edib.
Ailəsi Vizual/Mobil redaktə
Ailədə 3 uşaq olublar. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları vardı.
Ədəbiyyat Vizual/Mobil redaktə
- “Rəsulzadə məni diqqətlə süzdü və…” – Bir legionerin həyatı : [arx. 04.05.2026] // Teleqraf.az. — 2018. — 25 mart. — Müraciət tarixi: 04.05.2026.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |