Əjdər Salamov (1975–1993) — Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əjdər Salamov
Salamov Əjdər Əli oğlu
Əjdər Salamov
Əjdər Salamov.
Təvəllüdü 13 mart 1975(1975-03-13)
Doğulduğu yer Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 dekabr 1993 (18 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Rütbə sıravi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

13 mart 1975-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.

27 iyul 1993-cü il tarixdə Azərbaycan Milli Ordusunun sıralarına qatılıb.

16 dekabr 1993-cü il tarixdə – 18 yaşında, Füzuli rayonunda gedən döyüşdə şəhid olub.

18 dekabr 1993-cü il tarixdə Baş Şabalıd kənd qəbiristanlığında dəfn edilib.

Baş Şabalıd kəndində bir bulağın üstünə xatirə lövhəsi vurulub.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Mən də bir kişiyəm // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı:  424. — Səh.: 313-314. — (Ş 4702060206–001/h 062–98).

Həmçinin, bax: Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə