Ələkbər Mahmudov (1888–+1955) — tanınmış pedaqoq və maarifçi. Sovetləşmənin ilk illərində Nuxa qəza maarif şöbəsinin müdiri, Azərbaycan Xalq Maarifi Komissarlığında əvvəl idarə rəisi, sonra isə komissar müavini vəzifəsində çalışmışdır. Sabit Rəhmanın əmisidir.

Ələkbər Mahmudov
Mahmudov Ələkbər Əbdürrəhim oğlu
Ələkbər Mahmudov
Ələkbər Mahmudov.
Digər adı Əliəkbər Mahmudov
Anadan olub 1888(1888-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)[1]
Vəfat edib +1955
Həyat yoldaşı Xanım
Övladları Fikrət və Rüfət
Atası Əbdülkərim (Mahmud) Nəbiyev
Vətəndaşlıq SSRİ
Təhsili Qori seminariyası

Haqında məlumatlar Vizual/Mobil redaktə

1888-ci ildə anadan olub[1].

Təhsili Vizual/Mobil redaktə

Qori seminariyasını bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1917-ci ilədək Nuxa məktəblərində fizika və riyaziyyatdan dərs deyib.

1918-ci ilin avqust ayında Nuxa ali ibtidai məktəbinin naziri (direktoru) idi və öz vəzifəsinə yenidən təsdiq olunub[2].

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra, əvvəl Nuxa qəza maarif şöbəsinin müdiri, sonra Azərbaycan Xalq Maarifi Komissarlığında idarə rəisi, daha sonra isə komissar müavini vəzifəsində çalışıb[3].

1938-ci ilin yanvar ayında Azərbaycan pedaqoqların təkmilləşdirilməsi və ixtisasartırması kurslarında müəllim və metodist idi[4].

Maarifçilik fəaliyyəti Vizual/Mobil redaktə

1 aprel 1917-ci il tarixdə təsis edilmiş Nuxa Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri olub.

1924-cü ildə Nuxada nəşrə başlayan “Bilgi” jurnalının redaktoru olub (bu jurnalın cəmi 3-4 nömrəsi çap edilmişdi). “İnqilab və mədəniyyət”, “Şərq qadını” jurnallarında və “Kommunist” qəzetində xalq maarifinin problemləri ilə bağlı məqalələri çap edilib[5].

Siyasi ittihamlarla həbs edilməsi Vizual/Mobil redaktə

1921-ci ildə AK(b)P-nin üzvü idi.

1921-ci ildə bir neçə nəfər AK(b)P üzvü ilə birlikdə Xüsusi Şöbə tərəfindən həbs edilib. O zaman partiya özəyinin katibi vəzifəsində çalışan Əbdülmabud Əfəndiyev məktubla Xüsusi Şöbəyə müraciət edərək belə adamlara ehtiyac olduğunu vurğulayıb və onların azad edilməsini xahiş edib. Həbs olunanlar 25 gün sonra buraxılıblar (Ələkbər Mahmudov nəzarət altında olmaq şərti ilə azad edilib)[4].

31 yanvar 1938-ci il tarixdə, Şəkidə “İttihad” təşkilatının rəhbəri olmaqda və kənd müəllimləri arasında əksinqilabi işlər aparmaqda təqsirli bilinərək yenidən həbs olunub (449 nömrəli order)[1]. Lakin 4 fevral və 22 iyun 1938-ci il tarixlərində dindirildikdə hansısa bir əksinqilabi təşkilatın üzvü olduğunu təsdiqləməyib[1]. XDİK DSİ 4-cü şöbəsinin əməkdaşlarının hazırladıqları 16 avqust 1938-ci il tarixli yekun ittihamnamədə isə göstərilirdi ki, Ələkbər Mahmudov “İttihad” təşkilatına qohumu Mustafa Quliyev tərəfindən cəlb olunmuş və təşkilat onun vasitəsi ilə Əbdüləli bəy Əmircanov başda olmaqla mühacirətlə əlaqə saxlamışdır[6].

 
Ələkbər Mahmudov, həbsdə olarkən (təxm. 1938-ci il).

8 fevral 1939-cu il tarixdə XDİK DSİ 4-cü şöbəsinin rəis müavini Atakişiyevin təsdiq etdiyi qərarda göstərilirdi ki, 7 “ittihadçı”nın – o cümlədən, Ələkbər Mahmudovun, cinayət işində mədəniyyət sahəsində ziyankarlıq işləri barədə sənədli materiallar yoxdur. Lakin bununla yanaşı həm də vurğulanırdı ki, müttəhimlərin hamısı əksinqilabi millətçi üsyançı dəstənin üzvüdürlər[7].

7 dekabr 1938-ci il tarixdə keçirilmiş Cinayət işləri üzrə Ali Məhkəmənin kollegiyasında 8 “ittihadçının” – o cümlədən, Ələkbər Mahmudovun işinə baxılarkən ilkin istintaq zamanı XDİK DSİ tərəfindən iş üzrə bir sıra prosessual qaydaların pozulması halları müəyyən edilmiş və iş yenidən istintaqa qaytarılmışdır[8].

9 fevral 1939-cu il tarixdə “ittihadçılar” yekun qərarla tanış olublar. Ələkbər Mahmudov isə qərara imza atmaqdan boyun qaçırıb[7].

28 sentyabr 1939-cu il tarixdə tərtib edilmiş yekun ittihamnamə ilə tanış olan Ələkbər Mahmudov ona qarşı ittihamı yenə qəbul etməyib və özünü günahkar hesab etməyib[9].

9 fevral 1940-cı il tarixdə SSRİ XDİK yanında Xüsusi müşavirədə 7 nəfər “ittihadçı”ya – o cümlədən, Ələkbər Mahmudova, hökm oxunub. Ələkbər Mahmudov 3 il müddətinə azadlıqdan məhrum edilib və Dneplaq həbs düşərgəsinə[qeyd 1] göndərilib[9].

17 noyabr 1955-ci il tarixdə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyası SSRİ XDİK Xüsusi müşavirəsinin 9 fevral 1940-cı il tarixli hökmü ilə mühakimə edilmiş 5 nəfərin – o cümlədən, Ələkbər Mahmudovun, işində cinayət tərkibi olmadığını əsas götürərək işə xitam verib[10]. Bundan sonra, həmin vaxt Semipalatinsk vilayətində sürgün həyatı keçirən Ələkbər Mahmudov Azərbaycana geri dönərək ailəsi ilə birlikdə yenidən Bakıda yaşamağa davam edib[11].

Ailəsi Vizual/Mobil redaktə

Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmuş, həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovun bacısı Xanım ilə ailə qurmuşdu. Fikrət və Rüfət adlı iki övladları olub. Böyüyünün – Fikrətin, təvəllüdü 1922-ci ildir. O, ixtisasca mühəndis olub. Rüfət isə əsəb xəstəliyindən əziyyət çəkib və intihar edib.

Ələkbər Mahmudovun oğlu Fikrət Mahmudov Sabit Rəhmanla bağlı 1989-cu ildə yazdığı xatirələrində göstərir ki, gözünü açandan bəri əmisinə (Sabit Rəhmanın atasına) “ata”, Sabit Rəhmanın anasına “ana”, öz atasına “Ələkbər əmi”, öz anasına “Xanım bacı” deyibmiş[12], amma səbəbini izah etməyib.

Nəsil şəcərəsi Vizual/Mobil redaktə

Ələşrəf bəy Abdulla bəy oğlu Əmircanov
 
 
 
 
 
İsmayıl əfəndi Hacı Çələbi əfəndi oğlu
 
Fəxrənnisa (Şirin) xanım Hacı Mahmud əfəndi qızı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şirəli bəy Əmircanov
 
Əbdürrəhman
 
qadın[qeyd 1]
 
 
 
Məsumə
 
Əbdürrəhim Hacı Mahmud oğlu Nəbiyev
 
Məsmə
 
Hüseyn Əfəndiyev
 
Rəşid bəy Əfəndiyev
 
Zeynəb
 
Alagöz
 
Abdulla bəy
 
Əminə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xanım xanım
 
Ələkbər Mahmudov
 
Əbdülkərim (Mahmud)
 
Münəvvər
 
Əhməd Nəbiyev
 
Maral Əfəndiyeva-Nəbiyeva
 
Məmməd Əfəndiyev
 
Nadir
 
Mahtaban
 
Cəmilə
 
Naymə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fikrət
 
Rüfət
 
Zahid Mahmudov
 
Rəxşəndə
 
Sabit Rəhman
 
İsmət Mahmudova
 
SəyyarəƏdhəm
 
ZivərRəxşəndə
 
İzzət Nəbiyev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tamilla Mahmudova
 
Emin Sabitoğlu
 
Cəmilə
 
Gültəkin
 
Afət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mikayıl
 
Cənnət
 
 
 
Ceyran Mahmudova
 


Qeydlər Vizual/Mobil redaktə

  1. ↑ 1,0 1,1 Bu qadının əslində Məsumə olması, əri Əbdülrahimin isə Əbdürrəhimlə eyni şəxs ola bilməsi ehtimalı var.

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Qoca E. “İttihad” təşkilatı // Sibir dərsi. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  320. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 iyun 2026.
  2. Əmircanov. Maarif nəzarətindən (azərb.) // Azərbaycan : qəzet. — 1918. — В. 7 oktyabr.
  3. Abdullayev Ə. Sənətkarın şəxsiyyəti // Gülüş gözəllikdir : kitab. — Bakı: Qapp-Poliqraf, 2002. — Səh. 121 – 126. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 iyun 2026.
    Mahmudov F. Yadımda qalanlar // Gülüş gözəllikdir : kitab. — Bakı: Qapp-Poliqraf, 2002. — Səh. 138 – 141. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 21 iyun 2026.
  4. Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı:  204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.
  5. Əhmədov H., Əfəndiyev S. Yubilyar məktəb və Şəki xalq maarifi inqilablar dövründə // 150 yaşlı Şəki məktəbi = 150 јашлы Шәки мәктәби. — Bakı: Maarif, 1983. — Səhifələrin sayı:  95. — Səh.: 53. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 may 2023.

Bildiriş Vizual/Mobil redaktə