Əmanət Abbasova (1953–2019) — sovet dövründə Şəki İpək kombinatının əmək qabaqcılı olmuş tanınmış toxucusu, Azərbaycan SSR Dövlət mükafatı və Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dörd dəfə Azərbaycan KP MK-nın üzvü seçilmişdir.

Əmanət Abbasova
Abbasova Əmanət Əsabəli qızı
Əmanət Abbasova
Əmanət Abbasova, 1975-ci il.
Anadan olub 18 iyun 1953(1953-06-18)
Anadan olduğu yer Kiş, Nuxa rayonu (indiki Şəki rayonu) , Azərbaycan SSR, SSRİ
Vəfat edib 8 may 2019 (65 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan
Dəfn yeri Kiş, Şəki rayonu, Azərbaycan
Təhsili

Bakı Ali Partiya Məktəbi (1985–1987)

Şəki Texnologiya Texnikumu (–1987)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1974Azərbaycan SSR LKGİ mükafatı — 1975
"Qırmızı Əmək Bayrağı" ordeni  — 1973Lenin ordeni  — 1977

Haqqında məlumatlar Vizual/Mobil redaktə

18 iyun 1953-ci il tarixdə Nuxa rayonunun (indiki Şəki rayonu) Kiş kəndində anadan olub.

1965 – 1967-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı nəzdindəki Fabrik-Zavod Şagirdliyi məktəbində (sonrakı 69 №-li peşə-texniki məktəbi) peşə təhsili alıb.

1972-ci ildə axşam məktəbində orta təhsilini tamamlayıb.

1985 – 1987-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.

1987-ci ildə Şəki Texnologiya Texnikumunu bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1967-ci ildən – 14 yaşından, V.İ.Lenin adına Nuxa İpək Kombinatının toxucu istehsalatında toxucu peşəsində əmək fəaliyyətinə başlayıb.

1999-cu ildən əmək təqaüdünə çıxıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Siyasi fəaliyyəti Vizual/Mobil redaktə

1972-ci ildən Sov.İKP üzvü olub.

1976, 1981, 1986 və 1990-cı illərdə Azərbaycan KP MK-nın üzvü seçilib.

Dəfələrlə Azərbaycan KP Şəki şəhər partiya komitəsinin plenum üzvü seçilib.

İctimai fəaliyyəti Vizual/Mobil redaktə

1975-ci ildə 144 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin,

1980-cu ildə isə 166 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Bir neçə dəfə Şəki şəhər sovetinin deputatı olub.

Vəfatı Vizual/Mobil redaktə

8 may 2019-cu il tarixdə – 65 yaşında, Bakıda vəfat edib.

9 may 2019-cu il tarixdə anadan olduğu Kiş kəndində dəfn olunub.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Abbasova Əmanət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 23-24. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş Vizual/Mobil redaktə