Aqaəli Cəlilov

(Ağaəli Cəlilov səhifəsindən yönləndirilmişdir)

Aqaəli Cəlilov — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru.

Aqaəli Cəlilov
Cəlilov Aqaəli Mürsəl oğlu
Aqaəli Cəlilov
Aqaəli Cəlilov.
Digər adları Ağəli Cəlilov, Ağaəli Cəlilov
Anadan olub 6 noyabr 1962 (1962-11-06) (64 yaş)
Anadan olduğu yer Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (1980–1984)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

6 noyabr 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1970 – 1980-cı illərdə Qoxmuq kənd orta məktəbində,

1980 – 1984-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

1984 – 1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1984-cü ildə Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsindəki mədəniyyət evində metodist olaraq əmək fəaliyyətinə başlayıb.

1986-cı ildən “1 may” kolxozunda komsomol komitəsinin katibi,

1992-ci ildən gənclər təşkilatının idarə heyətinin sədri olub.

1993-cü ildən, əvvəlcə M.S.Əliyev adına klubun müdiri, sonra Ə.Abdullayev adına mədəniyyət evinin direktoru,

2009-cu ildən Şəki Dövlət Dram Teatrının rejissoru,

2011-ci ildən M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin xalq teatrının rejissoru vəzifəsində çalışıb.

2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktorudur.

14 mart 2023-cü il tarixdən 6 iyul 2023-cü il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətini müvəqqəti icra edib.

Bildiriş Vizual/Mobil redaktə