Anar Nağıyev — tanınmış televiziya jurnalisti, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İskəndərovun köməkçisi.

Anar Nağıyev
Nağıyev Anar İlqar oğlu
Anar Nağıyev
Anar Nağıyev.
Anadan olub 2 oktyabr 1986 (1986-10-02) (40 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • Bakı Dövlət Universiteti, azərbaycan dili və ədəbiyyatı ixtisası, bakalavriat (2004–2008)

 • Bakı Dövlət Universiteti, Azərbaycan dilçiliyi ixtisası, magistratura (2008–2011)

 • Bakı Dövlət Universiteti, Azərbaycan dilçiliyi ixtisası, doktorantura (2012–2015)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

2 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

2004 – 2008-ci illərdə Bakı Dövlət Universitetində azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr,

2008 – 2011-ci illərdə Azərbaycan dilçiliyi ixtisası üzrə magistr,

2012 – 2015-ci illərdə isə doktorant təhsili alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2009 – 2011-ci illərdə Stadium.az futbol saytının və Stadion qəzetinin redaktoru,

2012 – 2013-cü illərdə Şəki Pedaqoji Texnikumunda müəllim,

2012 – 2020-ci illərdə ARB Şəki telekanalında müxbir, aparıcı, idman departamentinin rəhbəri, layihə rəhbəri, koordinator, baş redaktor vəzifəsində çalışıb.

2017-ci ildən “Regional İnkişaf” İctimai Birliyinin Şəki-Zaqatala Regional Bölməsinin rəhbəri və baş mütəxəssisi,

2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İskəndərovun köməkçisidir.

Digər Vizual/Mobil redaktə

2012-ci ildə FIFA U-17 Qızlararası Dünya Çempionatında,

2015-ci ildə I Avropa Oyunlarında xüsusi müxbir,

2025-ci ildə isə III MDB oyunları – İşçi qüvvəsinin qeydiyyatı və Könüllülər Mərkəzinin mütəxəssisi olub.

2021-ci ildən Azərbaycan Robotexnika və Mühəndislik Akademiyasının Şəki filialının rəhbəridir.

Bildiriş Vizual/Mobil redaktə