Aqşin Abdullayev
Aqşin Abdullayev (1982–2017) — 2017-ci il Fevral döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru.
| Aqşin Abdullayev | |
|---|---|
| Abdullayev Aqşin İsmayıl oğlu | |
| Aqşin Abdullayev, 2015-ci il. | |
| Təvəllüdü | 1 oktyabr 1982 |
| Doğulduğu yer |
Kiş, Şəki rayonu, |
| Vəfat tarixi | 25 fevral 2017 (34 yaşında) |
| Vəfat yeri |
Xocavənd, |
| Dəfn yeri |
Kiş kəndinin kənd qəbiristanlığı, Şəki rayonu, |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Təhsili |
• Bakı Ali Hərbi Məktəbi (1999–2003) • Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (2003–2004) |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Xidmət illəri | 1999 – 2017 |
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1988 – 1999-cu illərdə Şəki rayon 4 saylı Kiş kənd orta məktəbində,
1999 – 2003-cü illərdə Bakı Ali Hərbi Məktəbində,
2003 – 2004-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2004 – 2017-ci illərdə Azərbaycan Respublikasının müxtəlif yerlərində yerləşən hərbi hissələrdə xidmət edib. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi idi.
Hərbi rütbələri Vizual/Mobil redaktə
2003-cü ildə leytenant,
2005-ci ildə baş leytenant,
2009-cu ildə kapitan,
2013-cü ildə mayor hərbi rütbəsi alıb.
Vəfatı Vizual/Mobil redaktə
25 fevral 2017-ci il tarixdə – 34 yaşında, Azərbaycan – Ermənistan təmas xəttində baş vermiş döyüş zamanı qəhrəmancasına həlak olub.
28 fevral 2017-ci il tarixdə, doğulduğu Şəki rayonunun Kiş kəndinin kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasiminə on mindən çox rayon sakini ilə yanaşı, onun qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də qatılıblar.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Qüsursuz xidmətə görə” II dərəcəli medalı;
- “Qüsursuz xidmətə görə” III dərəcəli medalı;
- “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı;
- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı;
- 2016-ci ilin aprel döyüşləri zamanı şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərman.
- “Şücaətə görə” medalı.
Ailəsi Vizual/Mobil redaktə
2004-cü ildə ailə həyatı qurmuşdur; Amin, Nərmin və Ömər adlı üç övladı vardır.
Xatirəsi Vizual/Mobil redaktə
2019-cu ilin fevralında Şəkidə Aqşin Abdullayev haqqında “Həyatı nəsillərə örnək olan qəhrəman” adlı kitabın (müəllif: Kamil Adışirinov) təqdimatı keçirilib .
2019-cu ildə Beyləqanda onun haqqında ARB Şəki televiziyasının istehsalı olan “İmtahan” filminin (rejissor: İlham Əfəndi) təqdimatı keçirilib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Şahpəri Abbasova (16:12 03.04.2019). "Şəhid mayor Aqşin Abdullayevin anası Dursun Cavadovadan ağrılı günlərin və dinməyən acıların hekayəsi". https://sputnik.az/ (azərb.). Sputnik. 6 Apr 2019 tarixində arxivləşdirilib.
- "Şəhid Aqşin Abdullayev dəfn edilib - FOTO - VİDEO". https://report.az/ (azərb.). report.az. 28 Fevral , 2017 14:39. 1 Oct 2020 tarixində arxivləşdirilib.
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |