Aydın Kaşiyev
Aydın Kaşiyev (1933–2000) — Azərbaycan sovet partiya və dövlət məmuru, VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin sabiq birinci katibi.
| Aydın Kaşiyev | |
|---|---|
| Kaşiyev Aydın Rizvan oğlu | |
| Aydın Kaşiyev, 1997-ci il. | |
| Anadan olub | 20 aprel 1933 |
| Anadan olduğu yer |
Bakı, |
| Vəfat edib | 22 avqust 2000 (67 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Dəfn yeri |
Sona qəbiristanlığı, Şəki, |
| Övladı | Ləman Kaşiyeva |
| Atası | Rizvan Kaşiyev |
| Anası | Rübabə Hüseynova |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Azərbaycan Politexnik İnstitutu (–1956) • Sov.İKP yanında Ali Partiya Məktəbi (–1964) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
20 aprel 1933-cü il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu,
1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1956 – 1959-cu illərdə Azərbaycan dəmir yolunda stansiya növbətçisi, dispetçer, stansiya rəisinin baş köməkçisi, mühəndis vəzifələrində işləyib.
1960-ci ildə Azərbaycan KP MK-ya, təlimatçı vəzifəsinə irəli çəkilib.
1964 – 1967-ci illərdə Azərbaycan KP MK-nın partiya orqanları şöbəsində əvvəl məsul təşkilatçı, sonra isə inspektor vəzifəsində çalışıb.
17 fevral 1967-ci il tarixdən 1970-ci ilin oktyabrına qədər Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub.
İctimai aktivliyi Vizual/Mobil redaktə
Azərbaycan dəmir yolunda işləyərkən (1956 – 1959) bir neçə dəfə ilk komsomol və partiya təşkilatlarına katib seçilib.
1967-ci ildə Nuxa rayonundan VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovetdə sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olub.
Vəfatı Vizual/Mobil redaktə
22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
Ailəsi Vizual/Mobil redaktə
Atası Rizvan Kaşiyev Nuxada və Bakıda uzun müddət müəllim işləmişdir.
Anası Rübabə Hüseynova həkim olub.
Qızı Ləman Kaşiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Birinci katib (azərb.) // İpəkçi : qəzet. — Nuxa, 1967. — В. 11 mart. — № 8 (874). — Səh. 1.
- Məmmədov Ə., Xalıqov F. Kaşıyev Aydın Rizvan oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 212-213. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |