Aytən Rüstəmova
Aytən Rüstəmova — tanınmış bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik və Orta Biznes Ekosisteminin İnkişafı üzrə rəhbəri (baş ofis, London).
| Aytən Rüstəmova | |
|---|---|
| Rüstəmova Aytən Nadir qızı | |
| Aytən Rüstəmova. | |
| Anadan olub | 15 oktyabr 1976 |
| Anadan olduğu yer |
Bakı, |
| Həyat yoldaşı | Teymur Rüstəmov |
| Atası | Nadir Şakir oğlu Qiyasov, geofizik |
| Anası | Güllər Məmmədiyyə qızı Qiyasova |
| Təhsili |
• Azərbaycan Xarici Dillər Universiteti, (bakalavriat, 1993–1997; magistratura, 1997–1999) • “Xəzər” Universiteti, biznesin idarəolunması ixtisası (2003–2007) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 oktyabr 1976-cı il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1983-cü ildə Bakıda azərbaycanca orta təhsil almağa başlasa da, ailəsinin Polşaya köçməsi ilə bağlı olaraq,
1986 – 1990-cı illərdə orta təhsilini əvvəlcə Qdanks, sonra isə Varşava şəhərlərində rus dilində,
1990-cı ildə ailəsinin Azərbaycana geri dönməsindən sonra isə yenidən Bakıda, azərbaycanca davam etdirib.
1993 – 1997-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində bakalavr pilləsi üzrə,
1997 – 1999-cu illərdə isə magistr pilləsi üzrə təhsili alıb.
2003 – 2007-ci illərdə “Xəzər” Universitetində biznesin idarəolunması ixtisası üzrə ikinci ali təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2001-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankında müxtəlif vəzifələr tutur; o cümlədən, əvvəl Bakı bürosunun əməkdaşı,
2017-ci ilin aprel ayından Tacikistan bürosunu rəhbəri,
1 sentyabr 2021-ci il tarixdən Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktor,
1 sentyabr tarixindən isə Kiçik və Orta Biznes Ekosisteminin İnkişafı üzrə rəhbər (Baş Ofis, London) olub.
Bloger və tərcüməçi fəaliyyəti Vizual/Mobil redaktə
2005-ci ildə – “Əlkimyagər” romanını ingilis dilindən azərbaycan dilinə tərcümə etməklə yanaşı, “Sheki, Azerbaijan” və digər saytlar açaraq internetdə ingilis, rus və azərbaycan dillərində Azərbaycanın, xüsusilə, Şəkinin mədəni həyatını tərənnüm edən çoxlu sayda bloq yazıları, videolar yerləşdirməyə başlayıb.
Ailəsi Vizual/Mobil redaktə
Tanınmış azərbaycanlı heykəltəraş Teymur Rüstəmovla ailə həyatı qurub, üç oğlu var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məşhur Paulo Koelonun “Əlkimyagər” romanı azərbaycan dilinə tərcümə edilmişdir : [arx. 14.10.2021] // AZƏRTAC. — 2006. — 11 oktyabr. — Müraciət tarixi: 14.10.2021.
- Фарид Алыев, Л.А. Айтен Гияс-Рустамова. «35 - это когда...» : [arx. 14 Ok 2021] : [rus.] // 1news.az. — 2011. — 22 октября. — Müraciət tarixi: 14.10.2021.
- Айтен Гияс-Рустамова. Айтен Гияс-Рустамова. Первая неделя школы уже за плечами… : [arx. 8 May 2019 - 19 Jan 2021] : [rus.] // 1news.az. — 2012. — 26 сентября. — Müraciət tarixi: 14.10.2021.
- Интервью с блогером Айтан Гияс-Рустамовой : [arx. 27 Apr 2013 - 2 Feb 2016] : [rus.] // Studenti.az. — 2013. — 24 апреля. — Müraciət tarixi: 14.10.2021.
- EBRD appoints Ayten Rustamova as new Head of Tajikistan : [arx. 31 Mar 2017 - 20 Oct 2020] : [ing.] // European Bank. — . — Müraciət tarixi: 14.10.2021.
- Айтен Рустамова стала главой ЕБРР по Кыргызстану, Таджикистану и Туркменистану : [arx. 28.06.2021] : [rus.] // 24.kg. — 2021. — 28 июня. — Müraciət tarixi: 14.10.2021.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Aidiyyəti linklər Vizual/Mobil redaktə
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |