Azər Həsənsoy
Azər Həsənsoy — Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muay Tay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidenti, uşu və muay-tau üzrə Azərbaycan yığma komandalarının baş məşqçisi.
| Azər Həsənsoy | |
|---|---|
| Həsənsoy (Həsənov) Azər Kamal oğlu | |
| Azər Həsənsoy. | |
| Anadan olub | 15 iyun 1960 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Övladı | Tomris İsmayılova |
| Vətəndaşlıq |
|
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tətbiqi-riyaziyyat fakültəsi (1978–1983) |
| Mükafatları |
|
| • facebook səhifəsi • youtube kanalı | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 iyun 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1978 – 1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb.
İdman fəaliyyəti Vizual/Mobil redaktə
1979-cu ildə “Dinamo” idman cəmiyyətinin karate bölməsində məşğul olmağa başlayıb. SSRİ idman ustası dərəcəsi alıb.
1988-ci ildən Çin döyüş növü olan uşu ilə bağlı seminarlarda iştirak edib və “uşu ustası” adı alıb.
1989-cu ildən Azərbaycanda uşu bölmələrini yaradıb və onlara rəhbərlik edib.
Yetirmələri dünya, Avropa və Asiya çempionatlarının qalibi və mükafatçıları olublar.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı (2010).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Həsənov Azər Kamal oğlu : [arx. 22.11.2021] // İdman. — 2010. — 24 dekabr. — Müraciət tarixi: 22.11.2021.
- Murad E. Azər Həsənsoy: “Onları məhkəməyə verəcəyəm” – FOTOLAR : [arx. 23.11.2021] // Publika. — 2014. — 15 avqust. — Müraciət tarixi: 23.11.2021.
- Azərbaycan yığmalarının məşqçiləri təsdiqlənib - SİYAHI : [arx. 30 Jan 2015 - 22 Jan 2021] // Report. — 2015. — 27 yanvar. — Müraciət tarixi: 22.11.2021.
- 2021-ci il üçün Azərbaycan Respublikasının yığma komandalarının məşqçilər heyətinin siyahısı : [arx. 28.06.2021] // Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. — Müraciət tarixi: 22.11.2021.
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |