Azər Rəhimli
Azər Rəhimli (1947–2015) — geologiya-mineralogiya elmləri namizədi. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmış Əhməd Rəhimlinin oğludur.
| Azər Rəhimli | |
|---|---|
| Rəhimli Azər Əhməd oğlu | |
| Azər Rəhimli. | |
| Təvəllüdü | 28 noyabr 1947 |
| Anadan olduğu yer |
Bakı, |
| Vəfat tarixi | 27 yanvar 2015 (67 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri namizədi |
| Təhsili | Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti, geologiya və neft yataqlarının axtarışı ixtisası (Moskva; 1966–1971) |
| Atası | Əhməd Rəhimli |
| Anası | Səyyarə Ələkbərova |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
28 noyabr 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1966-cı ildə Bakı şəhər 160 №-li orta məktəbini bitirib.
1966 – 1971-ci ildə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində (Moskva) geologiya və neft yataqlarının axtarışı ixtisası üzrə təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1981-ci ilin yanvar ayında Xarkov Dövlət universitetində “Kiçik Qafqazın son təbaşir konkolitoforidləri (Azərbaycan)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1971 – 1973-сü illərdə Kabil Politexnik İnstitutunda (Əfqanıstan) müəllim,
1973 – 1983-сü illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi,
1983 – 1989-сu illərdə Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1995 – 1999-cu illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı olub.
Vəfatı Vizual/Mobil redaktə
27 yanvar 2015-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Рагимли Азер Ахмед оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 458-459. — 1.000 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |