Cumay İslamov (1934–1993) — coğrafiya elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti.

Cumay İslamov
İslamov Cumay İsa oğlu
Cumay İslamov
Cumay İslamov.
Təvəllüdü 15 may 1934(1934-05-15)
Anadan olduğu yer Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 avqust 1993 (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəkərli diabet
Dəfn yeri Biləcəri qəbiristanlığı, Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ → Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya fakültəsi
Həyat yoldaşı Səfiqə İslamova Həsənbala qızı
Övladları Heydərova Yeganə və İslamov İsa
Atası İslamov İsa İslam oğlu
Anası Sərifova Mədinə Zəkəriyyə qızı
Adının digər versiyaları Джумай Исламов, Ҹумај Исламов

Haqqında məlumatlar Vizual/Mobil redaktə

15 may 1934-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Nuxa şəhər 11 nömrəli orta məktəbini və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1980-cı ildə Abşeron yarımadasının landşaftı mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

Əvvəlcə orta məktəblərdə, daha sonralar isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda/Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Vəfatı Vizual/Mobil redaktə

Ömrünün son illərində şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Bir ayağı amputasiya olunsa da əmək fəaliyyətini davam etdirib. İkinci ayağının amputasiyası zamanı 9 avqust 1993-cü il tarixdə – 59 yaşında, Bakıda vəfat edib. Bakıda Biləcəri qəbiristanlığında dəfn olunub.

Digər Vizual/Mobil redaktə

Filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri Musa İslamovun (1924–1999) kiçik qardaşıdır.

Bildiriş Vizual/Mobil redaktə