Elçin Abbasov
Elçin Abbasov — avtomobil elektronikası və elektromobil diaqnostikası üzrə tanınmış mütəxəssis və elmi maarifçi, İnteraktiv Elm Muzeyinin və “AutoProject” avtoservis mərkəzinin yaradıcısı və rəhbəri.
| Elçin Abbasov | |
|---|---|
| Abbasov Elçin Qüdrət oğlu | |
| Elçin Abbasov. | |
| Anadan olub | 10 oktyabr 1963 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Abbasova Nəzakət Mikayıl qızı |
| Övladları | Qüdrət və Elmar |
| Atası | Abbasov Qüdrət Rızaqulu oğlu |
| Anası | Məmmədova Rəna Məmmədsani qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma fakültəsi, maşınqayırma texnologiyası ixtisası (1980–1985) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
10 oktyabr 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1970 – 1971-ci illərdə Bakı şəhər 190 nömrəli orta məktəbində,
1971 – 1980-cı illərdə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbində,
1980 – 1985-cı illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1985 – 1990-cı illərdə “Azərelektroterm” istehsalat birliyində mühəndis-layihəçi,
1990 – 1998-ci illərdə müxtəlif avtomobil servisi müəssisələrində mütəxəssis,
1998 – 2022-ci illərdə “Chevrolet” markasının Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Performance Center”də elektrik şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
2023-cü ildən Azərbaycanda ilk elektromobil və hibrid avtomobillərə texniki xidmət mərkəzi olan “AutoProject”in (Bakı) qurucusu və rəhbəridir.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1998-ci ildə Bakıda öz evinin zirzəmisində interaktiv elm muzeyi yaradıb (bu muzey 2018-ci ildən “Hədəf” liseyinin binasında (Bakı, Mikayıl Müşfiq küç. 2E) fəaliyyət göstərir və “Elçin Abbasovun İnteraktiv Elm Muzeyi” adı ilə tanınır; 2019-cu ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Universitetində (Ü.Hacıbəyli küç. 68) muzeyin ikinci filialı açılıb).
2013-cü ildə Azərbaycanda hazırlanan ilk dronlardan birini yaradıb, həmçinin helikopter modeli hazırlayıb.
2015-ci il noyabrın 29-da Qafqaz Universitetində keçirilən "TEDxQafqazUniversity" konfransında ixtiraçı kimi çıxış edib.
Elmin təbliği üzrə sosial şəbəkələrdə (Instagram, Facebook, TikTok, YouTube — @elmmuzeyi) müntəzəm material hazırlayır, o cümlədən “Günün eksponatı” silsiləsini aparır. Nəvəsi Banu ilə birlikdə uşaqlar üçün elmi təcrübə videoları çəkir.
Azərbaycan dilində fizika tədrisi üçün mobil vasitələr üzərində işləyir: phyphox fizika tətbiqinin Azərbaycan dilinə tərcüməsini və “Elm Laboratoriyası” adlı öz sensor tətbiqini hazırlayır. “Badamdar” – gənclərin texniki yaradıcılıq klubunun yaradıcısı və rəhbəridir. Bakı Ali Neft Məktəbində keçirilən texniki yaradıcılıq sərgisinin təşkilində iştirak edib. 2018-ci ildən “Hədəf” liseyində muzeyin nəzdindəki elmi klubun da rəhbəridir.
Ailəsi Vizual/Mobil redaktə
Evlidir, iki övladı var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycanda İnteraktiv Elm Muzeyi qurulub : [arx. 29.03.2018] // AZƏRTAC. — 2018. — 28 mart. — Müraciət tarixi: 05.11.2026.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |