Eldar Rəcəbov — tanınmış tarzən və musiqiçi-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin sabiq direktoru.

Eldar Rəcəbov
Rəcəbov Eldar Kamran oğlu
Eldar Rəcəbov
Eldar Rəcəbov.
Şəxsi məlumatlar
Təvəllüdü 12 aprel 1966 (1966-04-12) (60 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

12 aprel 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1981 – 1985-ci illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunda,

1989 – 1994-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsində tar ixtisası üzrə (qiyabi) təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1987-ci ildən Şəki şəhər 3 saylı uşaq musiqi məktəbində tar müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

2015–ci ildə Turan qəsəbə musiqi məktəbinə direktor təyin edilib.

2016 – 2025-ci illərdə Şəki Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Şəki şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları – Şəki Uşaq İncəsənət Məktəbinin yaranmasının 80 illik yubileyi münasibəti ilə (2018).

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub : [arx. 15 Dec 2018 - 17 Dec 2018] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı. — Müraciət tarixi: 04.10.2021.
  2. Məktəblər : Şəki şəhər Uşaq İncəsənət Məktəbi : [arx. 9 Jul 2020 - 30 Nov 2020] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Uşaq Musiqi və İncəsənət Məktəblərinin Tədris Portalı. — Müraciət tarixi: 03.10.2021.

Bildiriş Vizual/Mobil redaktə