Elmira Hacıyeva
Elmira Hacıyeva — həkim-pediatr, Şəki Tibb Kollecinin direktoru və Şəki şəhər bələdiyyəsinin üzvü.
| Elmira Hacıyeva | |
|---|---|
| Hacıyeva Elmira Ələkbər qızı | |
| Elmira Hacıyeva, 2019-cu il. | |
| Anadan olub | 18 yanvar 1952 |
| Anadan olduğu yer |
Urnük, Ağdaş rayonu, |
| Vətəndaşlıq |
|
| Milliyyəti | azərbaycanlı |
| Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, pediatriya fakültəsi (1968–1974) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
18 yanvar 1952-ci il tarixdə Ağdaş rayonunun Urnük kəndində, ziyalı ailəsində anadan olub. O vaxt atası həmin kənddə təyinatla işləyirdi, amma Nuxada anadan olmuşdu və əslən də nuxalı idi.
Təhsili Vizual/Mobil redaktə
1958 – 1968-ci illərdə Nuxa şəhər 5 №-li orta məktəbində və Nuxa şəhər 1 №-li orta məktəbində,
1968 – 1974-cü illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.
1974 – 1975-ci illərdə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında internatura keçib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1975-ci ildə Şəki 3 saylı Uşaq poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb.
1976 – 1985-ci illərdə Şəki 3 saylı Uşaq poliklinikasının,
1985 – 1988-ci illərdə isə Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi olub.
1988-ci ildə Şəki Tibb Məktəbinə direktor təyin olunub.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və Şəki Tibb Kolleci YAP ərazi ilk təşkilatının sədridir.
2019-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsinə namizədliyi irəli sürülüb.
23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.
Mükafatları Vizual/Mobil redaktə
- “Tərəqqi” medalı (2013).
Ədəbiyyat Vizual/Mobil redaktə
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |