Elnur Kərimli
Elnur Kərimli — Türkiyənin İsparta şəhərində yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam və heykəltəraş. Tanınmış heykəltəraş Əsgər Kərimovun oğludur. Birinci Qarabağ müharibəsi qazisidir. Əsərləri Türkiyədə və bir sıra ölkələrdə sərgilənib.
| Elnur Kərimli | |
|---|---|
| Kərimli Elnur Əsgər oğlu | |
| Elnur Kərimli. | |
| Doğum tarixi | 28 avqust 1970 |
| Doğum yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1984–1988) • Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, heykəltəraşlıq fakültəsi (1989–1996) |
| Atası | Kərimov Əsgər Şakir oğlu |
| Anası | Əliyeva Böyükxanıın Hacı İbrahim qızı |
| Uşağı | Tamilla |
| Həyat yoldaşı | Giuli |
| Adının digər versiyaları | Elnur Kerimli, Elnur Karimli, Елнур Керимли, Елньур Керимли, Елнур Каримли, Ельнур Каримли, Елнур Кәримли |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
28 avqust 1970-ci il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1976 – 1984-ci illərdə Bakı şəhər 244 nömrəli orta məktəbində,
1984 – 1988-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,
1989 – 1996-cı illərdə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb.
Hərbi xidmət Vizual/Mobil redaktə
Birinci Qarabağ müharibəsi qazisidir.
1990 – 1993-cü illərdə Qarabağda könüllülər dəstəsində vuruşub.
Əmək və yaradıcılıq fəaliyyəti Vizual/Mobil redaktə
1995 – 1997-ci illərdə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialında rəssamlıq və heykəltəraşlıq fənnindən dərs deyib.
1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1997-ci ildən əmək və yaradıcılıq fəaliyyətini Türkiyənin İsparta şəhərində davam etdirir.
Yaradıcılığından nümunələr (İsparta şəhərində qoyulmuş əsərləri) Vizual/Mobil redaktə
-
“Türkün doğuşu”, qorelyef, İsparta muzeyi.
-
Böcüzade Sami Efəndinin heykəli.
-
İspartanın simvolu olan güllər.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |