Elsevər İbrahimov
Elsevər İbrahimov (1999–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
| Elsevər İbrahimov | |
|---|---|
| İbrahimov Elsevər (Elsəvər) Etibar oğlu | |
| Elsevər İbrahimov. | |
| Təvəllüdü | 6 noyabr 1999 |
| Doğulduğu yer |
Aşağı Layısqı, Şəki rayonu, |
| Vəfat tarixi | 9 noyabr 2020 (21 yaşında) |
| Vəfat yeri |
Xankəndi yaxınlığında, |
| Dəfn yeri |
Mərdanlar qəbiristanlığı, Aşağı Layısqı, Şəki rayonu, |
| Vəfat səbəbi | şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Etibar |
| Anası | Tükəzban |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
6 noyabr 1999-cu il tarixdə Şəki rayonunun Aşağı Layısqı kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2006 – 2017-cı illərdə Aşağı Göynük kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2018-ci ilin yanvar ayından 2019-cu ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Azərbaycanda tətbiq edilmiş qismən səfərbərliklə əlaqədar olaraq yenidən hərbi xidmətə çağırılıb. Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
9 noyabr 2020-ci il tarixdə – 21 yaşında, Xankəndi ətrafında gedən döyüşdə qəhrəmancasına həlak olub.
15 noyabr 2020-ci il tarixdə Aşağı Layısqı kəndinin Mərdanlar qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (18.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə iki bacı, iki qardaş olublar. Subay idi.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELSEVƏR Etibar oğlu İbrahimov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Aydəmir Ş., Məmmədov O, İbrahimxəlilov İ. Elsevər Etibar oğlu İBRAHİMOV // Göynük qartalları İkinci Qarabağ müharibəsində. — Bakı: “Zəngəzurda” çap evi, 2021. — Səhifələrin sayı: 304. — Səh.: 187. — 1.000 nüsx. — ISBN 978-9952-37-060-7.
Video Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |