Fərid İzzətli
Fərid İzzətli (1994–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-ci il Aprel döyüşlərinin də iştirakçısı idi.
| Fərid İzzətli | |
|---|---|
| İzzətli Fərid Aydın oğlu | |
| Fərid İzzətli. | |
| Təvəllüdü | 21 mart 1994 |
| Doğulduğu yer |
Şəki, |
| Vəfat tarixi | 21 oktyabr 2020 (26 yaşında) |
| Vəfat yeri |
Xocavənd rayonu, |
| Dəfn yeri |
Şəkinin Qışlaq hissəsindəki qəbiristanlıq, |
| Vəfat səbəbi | döyüşdə şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Aydın Cabbarov |
| Anası | Kəmalə |
| Həyat yoldaşı | Nərmin |
| Uşağı | Səid |
| Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2011–2015) |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Xidmət illəri | 2011 – 2020 |
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
21 mart 1994-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2000 – 2011-ci illərdə Şəki şəhər 17 saylı tam orta məktəbində,
2011 – 2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Hərbçi əmək fəaliyyəti Vizual/Mobil redaktə
2015-ci ildə Bakıda yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində zabit olaraq əmək fəaliyyətinə başlayıb.
2018-ci ildən əmək fəaliyyətini Qusarda yerləşən “N” saylı hərbi hissədə baş leytenant rütbəsində zabit olaraq davam etdirib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissənin tərkibində Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
21 oktyabr 2020-ci il tarixdə – 26 yaşında, Xocavənd istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.
22 oktyabr 2020-ci il tarixdə Şəkinin Qışlaq hissəsindəki qəbiristanlıqda dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı (26.06.2018)[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “İgidliyə görə” medalı — ölümündən sonra (18.12.2020)[3];
- “Xocavəndin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[4]
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (24.06.2021)[5];
- “Cəbrayılın azad olunmasına görə” medalı – ölümündən sonra (24.06.2021)[6].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə iki qardaş olublar. Ailəli idi, şəhid olarkən 1 yaşında bir oğlu vardı.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 18 Dec 2020 - 7 May 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (26 iyun 2021).
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : FƏRİD Aydın oğlu İzzətli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |