Fərid Hüseynov
Fərid Hüseynov (1994–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
| Fərid Hüseynov | |
|---|---|
| Hüseynov Fərid Ehtibar oğlu | |
| Fərid Hüseynov. | |
| Təvəllüdü | 11 iyun 1994 |
| Doğulduğu yer |
Qayabaşı, Şəki rayonu, |
| Vəfat tarixi | 29 oktyabr 2020 (26 yaşında) |
| Vəfat yeri |
Şuşa şəhəri ətrafı, |
| Dəfn yeri |
Qayabaşı kəndinin qəbiristanlığı, Şəki rayonu, |
| Vəfat səbəbi | döyüşdə şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Etibar Hüseynov |
| Anası | Yeganə |
| Həyat yoldaşı | Ülviyyə |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
11 iyun 1994-cü il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2000 – 2011-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2013 – 2017-ci illərdə Qayabaşı kəndində fərdi təsərrüfatla məşğul olub.
2017-ci ildən Bakı şəhərinin Binəqədi rayonunun Xocəsən qəsəbəsində fəhlə işləyib.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2011 – 2013-cü illərdə həqiqi hərbi xidmətdə olub (Ağdam rayonu, Quru qoşunları, atıcı).
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən yenidən orduya çağırılıb. Xocavənd rayonunda və Şuşa şəhəri ətrafında gedən döyüşlərdə iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
29 oktyabr 2020-ci il tarixdə – 26 yaşında, Şuşa şəhəri ətrafında gedən döyüşdə mühasirəyə düşərək düşmənin endirdiyi artilleriya zərbəsi nəticəsində qəhrəmancasına həlak olub.
12 noyabr 2020-ci il tarixdə Qayabaşı kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Xocavəndin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[2];
- “Hərbi xidmətlərə görə” medalı – ölümündən sonra (30.12.2020)[3];
- “Cəbrayılın azad olunmasına görə” medalı – ölümündən sonra (24.06.2021)[4].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə iki qardaş olublar.
2017-ci ildə anası vəfat edib.
2014-cü ildə ailə qurmuşdu, iki qız atası idi.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (26 iyun 2021).
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 09.03.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 30 dekabr. — Müraciət tarixi: 30.08.2022.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : FƏRİD Etibar oğlu Hüseynov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |