Fikrət Əyyubov
Fikrət Əyyubov (1934–1991) — kənd təsərrüfatı elmləri namizədi, Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin laboratoriya müdiri.
| Fikrət Əyyubov | |
|---|---|
| Əyyubov Fikrət Cabbar oğlu | |
| Fikrət Əyyubov. | |
| Təvəllüdü | 1 mart 1934 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 29 iyun 1991 (57 yaşında) |
| Elm sahəsi | kənd təsərrüfatı |
| Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geologiya-coğrafiya fakültəsi (1951–1956) • Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektoru, aspirantura, qiyabi (1958–1961) |
| Elmi rəhbəri | professor Kazım Ələkbərov |
| Adının digər versiyaları | Fikret Eyyubov, Fikret Ayyubov, Fikrat Eyyubov, Fikrat Ayyubov, Фикрет Эйюбов, Фикрат Эйюбов, Фикрет Айюбов, Фикрат Айюбов, Фикрәт Әјјубов |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1 mart 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1941 – 1951-ci illərdə əvvəl Nuxa şəhər 2 №-li orta məktəbində, sonra Nuxa şəhər 10 №-li orta məktəbində,
1951 – 1956-cı illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində təhsil alıb.
1958 – 1961-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektorunda qiyabi aspirant olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1956 – 1958-ci illərdə təyinatla Şəki rayonunun Baş Küngüt kənd orta məktəbdə coğrafiya müəllimi,
1958 – 1961-ci illərdə Hidrometeorologiya idarəsində (Bakı) hidroqrafik partiyanın rəisi,
1969-cu ildən Azərbaycan EA-nın Coğrafiya İnstitutunda baş elmi işçi,
1976-cı ildən Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində laboratoriya müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1967-ci ildə professor Kazım Ələkbərovun rəhbərliyi altında “Üçüncü dövr platosunda (Göyçay və Əlciyan çayları arası) torpaqların eroziyası” mövzusunda dissertasiyasını müdafiə edib və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.
Müxtəlif vaxtlarda Moskva, Perm, Vladivostok, Daşkənd və digər şəhərlərdə kosmik tədqiqatlar, torpaq eroziyası və başqa problemlərlə əlaqədar çağırılan elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Azərbaycan SSR “Bilik” Cəmiyyətinin diplomu – zəhmətkeşlər arasında kosmik tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin təbliğində fəal iştirakına görə (24.12.1986 və 5.05.1987).
Vəfatı Vizual/Mobil redaktə
29 iyun 1991-ci il tarixdə – 57 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Əyyubov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 120-122. — 1.000 nüsx.
- Mete Ə. Təbiət “həkimi” – Əyyubov qardaşları // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 272-274. — 500 nüsx.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |