Fərrux Yusifov
Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.
| Fərrux Yusifov | |
|---|---|
| Yusifov Fərrux Oruc oğlu | |
| Fərrux Yusifov, 1967-ci il. | |
| Təvəllüdü | 17 aprel 1916 |
| Anadan olduğu yer |
Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat tarixi | 2 iyul 1976 (60 yaşında)[1] |
| Vəfat yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| İş yeri | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir) |
| Elmi dərəcəsi | elmlər doktoru |
| Təhsili | • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası |
| Həyat yoldaşları |
• Yusifova Salatın Şaban qızı[2], • Əliyeva Siddiqə Qurban qızı |
| Övladları | Elmira, Sevda, Züleyxa, Rəna, Mahir (anaları Siddiqə) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 aprel 1916-cı il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Nuxa Pedaqoji Texnikumunu bitirib (1940-ci ildən əvvəl).
Böyük Vətən müharibəsindən (1941–1945) sonra ali təhsil alıb və həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
3 oktyabr 1940-cı il tarixdən SSRİ Silahlı Qüvvələrində xidmətə başlayıb (Quba Rayon Hərbi Komissarlığından çağırılmışdı). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, əvvəl siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук))[qeyd 1], sonra isə kapitan hərbi rütbəsinə malik olub.
1943-cü ilin aprelində itkin düşmüş elan edilib və bu barədə həyat yoldaşına rəsmi məlumat göndərilib[2]. Lakin sonra tapılıb və hərbi xidməini davam etdirib.
31 dekabr 1945-ci il tarixdə ordudan tərxis olunub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,
1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,
1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,
1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,
1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənədi-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.
1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,
1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
Kitabları Vizual/Mobil redaktə
- Kommunizm quruculuğu və milli münasibətlərin inkişafı. Bakı: Azərnəşr, 1968 (234 səhifə);
- Xalqlar dostluğu sovet dövlətinin qüvvət və qüdrət mənbəyidir. Bakı: Azərnəşr, 1957 (118 səhifə);
- Kommunizm uğrunda mübarizədə SSRİ xalqlarının dostluğu artıb möhkəmlənir. Bakı: [s.n.], 1957 (25 səhifə);
- Sov. İKP milli siyasəti SSRİ xalqları dostluğunun möhkəmləndirilməsinin əsasıdır. Bakı: Azərnəşr, 1955 (166 səhifə).
İctimai fəallığı Vizual/Mobil redaktə
1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Azərbaycan KP-nin XXII və XXIII qurultaylarının nümayəndəsi olub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Qırmızı Ulduz” ordeni (27.01.1944);
- “Qırmızı Ulduz” ordeni (22.04.1944);
- 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni (26.05.1945);
- “Berlinin alınmasına görə” medalı (12.03.1946)[3];
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1946)[4];
Vəfatı Vizual/Mobil redaktə
2 iyul 1976-cı il tarixdə[1] – 60 yaşında, Bakıda vəfat edib.
Xatirəsi Vizual/Mobil redaktə
Şəki şəhərində bir küçəyə adı verilib.
Digər Vizual/Mobil redaktə
-
“Nuxa fəhləsi”, 6 dekabr 1957-ci il, Fərrux Yusifov Nuxa şəhər partiya komitəsinin birinci katibi kimi təqdim edilir.
-
“Nuxa fəhləsi”, 16 fevral 1959-cu il, Fərrux Yusifov Nuxa şəhər partiya komitəsinin birinci katibi kimi təqdim edilir.
-
Fərrux Yusubovun ölümü ilə bağlı nekroloq.
Qeydlər Vizual/Mobil redaktə
- ↑ Syasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук)) hərbi rütbəsi SSRİ Silahlı Qüvvələrində yalnız 1943-ci ilədək mövcud olmuşdur.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Юсупов Фарух Аруззивич : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Юсупов Фарух Оруднипович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Юсупов Фарух Оруднинович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Юсубов Фарух Орудж-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Юсубов Фарух Орудж-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Ф.О.Юсубов (некролог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
- Юсубов, Фаррух Орудж оглы : [arx. 06.07.2020] : [rus.] // GreenZED.com. — 2019. — 15 июля. — Müraciət tarixi: 19.07.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |