Gülçin Abdullayeva
Gülçin Abdullayeva — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri.
| Gülçin Abdullayeva | |
|---|---|
| Abdullayeva Gülçin Gülhüseyn qızı | |
| Gülçin Abdullayeva. | |
| Təvəllüdü | 20 yanvar 1947 |
| Anadan olduğu yer |
Bakı, |
| Vətəndaşlığı |
|
| İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu, 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası (laboratoriya rəhbəri) |
| Elmi dərəcəsi | riyaziyyat üzrə fəlsəfə doktoru |
| Elmi adı | dosent |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1965–1970) |
| Atası | Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923–2013). |
| Anası | Məsudə Xalıqova (1923–2012) |
| Mükafatları |
|
Haqında məlumatlar Vizual/Mobil redaktə
20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.
1981-ci ildən başlayaraq həmin institutda baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində çalışıb.
2001-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəridir.
İkinci iş yerləri Vizual/Mobil redaktə
Azərbaycan Memarlıq və İnşaaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2000-ci ildə dosent elmi adını alıb.
Çapdan çıxmış 125 elmi əsərin müəllifidir (57-si xarici ölkədə və bunlardan da 38-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla). 6 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
“Tərəqqi” medalı (2005).
Ailəsi Vizual/Mobil redaktə
- Atası: Gülhüseyn Hüseyn oğlu Abdullayev, Azərbaycan Respublikasının xalq yazıçısı (1923–2013).
- Anası: Məsudə Münvər qızı Xalıqova (1923–2012) Nuxada (indiki Şəki) anadan olub, atası Nuxa şəhərinin Dodu kəndindən, anası isə Nuxa qəzasının Oxud kəndindən idi.
Ailəlidir, iki oğlu var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |