Hədiyyə Abdullayeva
Hədiyyə Abdullayeva — tanınmış pedaqoq və ingilis dili müəllimi.
| Hədiyyə Abdullayeva | |
|---|---|
| Abdullayeva Hədiyyə Veysəl qızı | |
| Hədiyyə Abdullayeva. | |
| Anadan olub | 6 oktyabr 1953 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Əyyubov İmran Rəhim oğlu |
| Vətəndaşlıq |
|
| Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, ingilis dili fakültəsi (1971–1975) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
6 oktyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1961 – 1971-ci illərdə Nuxa/Şəki şəhər M.Fizuli adına 3 nömrəli orta məktəbində,
1971 – 1975-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1975 – 1978-ci illərdə Vartaşen (indiki Oğuz) rayonunun Sincan kənd orta məktəbində,
1981 – 1995-ci illərdə Şəki şəhər M.Qorki/Rəşid bəy Əfəndiyev adına 10 nömrəli orta məktəbində,
1995 – 1997-ci illərdə Bakı Asiya Universitetinin xarici dil kafedrasında,
1997 – 1998-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində,
1998 – 2020-ci illərdə isə Bakı şəhər 6 nömrəli məktəb-liseydə ingilis dili müəllimi vəzifəsində çalışıb.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Tərəqqi” medalı (2018).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2018) : [arx. 31.05.2026] // Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi. — Müraciət tarixi: 31.05.2026.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |