Həqiqət Cavadova — kimya elmləri doktoru, professor, AMEA-nın keçmiş Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (sonrakı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutu) laboratoriya müdiri və baş elmi işçisi.

Həqiqət Cavadova
Cavadova (Vahabova) Həqiqət Əliəşrəf qızı
Həqiqət Cavadova
Həqiqət Cavadova.
Təvəllüdü 9 oktyabr 1939 (1939-10-09) (87 yaş)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, kimya fakültəsi (1956–1962)

 • Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu, aspirantura (1963–1965)
Mükafatları "Əmək veteranı" medalı"Tərəqqi" medalı

Haqqında məlumatlar Vizual/Mobil redaktə

9 oktyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1956-cı ildə Bakı şəhər 190 №-li orta məktəbi bitirib.

1956 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1963 – 1965-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi,

1965-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik elmi işçi, böyük elmi işçi,

1988-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutun motor yağlarına aşqarlar kompozisiyası laboratoriyasının müdiri vəzifəsində çalışıb.

2026-cı ildə təqaüdə çıxıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1978-ci ildə namizədlik,

1992-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.

2015-ci ildə isə professor elmi adını alıb.

183 elmi əsərin, o cümlədən 35 SSRİ müəlliflik şəhadətnaməsi və 29 Azərbaycan patentinin müəllifidir.

Azərbaycan Sovet Ensiklopediyasında kimya və neft-kimya sahəsinə dair yüzlərlə söz önlüklərinin müəllifidir.

Mükafat və təltifləri Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Cavadova Həqiqət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 79-80. — 1.000 nüsx.
  2. 'Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Cavadova Həqiqət Əliəşrəf qızı' : [arx. 16 Jan 2017 - 24 Oct 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.

Bildiriş Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə