Kamal Əsgərov (1925–1996) — tanınmış dəmiryolçu, Azərbaycan Dəmiryol İdarəsində yolların maşın hesablama stansiyalarının rəisi.

Kamal Əsgərov
Əsgərov Kamal Əlinağı oğlu
Kamal Əsgərov
Kamal Əsgərov.
Anadan olub 30 sentyabr 1925(1925-09-30)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 5 dekabr 1996 (71 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan
Dəfn yeri Yasamalı qəbiristanlığı, Bakı, Azərbaycan
Həyat yoldaşı Əsgərova Ədalət Ağaqulu qızı
Övladları Azər, Əlinağı və Nazim
Atası Əlinağı Vahab oğlu
Anası Sayalı Hacı ağa Məhərrəm qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • Nuxa Tibb Texnikumu, feldşer ixtisası (1939–1942)

 • Tbilisi Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutu, Bakı filialı (1947–)

 • Azərbaycan Politexnik İnstitutu, dəmiryol nəqliyyatının istismarı mühəndisliyi ixtisası (–1951)

 • Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, qiyabi aspirantura, mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi ixtisası
Mükafatları "Varşavanın azad edilməsinə görə" medalı"İgidliyə görə" medalı — 1945"Berlinin alınmasına görə" medalı — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985"Əmək veteranı" medalı — 1985
Знак СССР «Почётному железнодорожнику»— 1985

Haqqında məlumatlar Vizual/Mobil redaktə

30 sentyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1932 – 1939-cu illərdə Nuxa şəhər 5 №-li orta məktəbində yeddiillik təhsil alıb.

1939 – 1942-ci illərdə təhsilini Nuxa Tibb Texnikumunda feldşer ixtisası üzrə davam etdirib.

1947-ci ildə Tbilisi Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub. Sonradan bu filial Azərbaycan Sənaye İnstitutuna, daha sonra isə Azərbaycan Politexnik İnstitutuna verildiyinə görə 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunu dəmiryol nəqliyyatının istismarı mühəndisliyi ixtisası üzrə bitirib. Daha sonra təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi aspiranturasında mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi ixtisası üzrə davam etdirib.

Hərbçi fəaliyyəti Vizual/Mobil redaktə

18 fevral 1943-cü il tarixdə Nuxa rayon Hərbi Komissarlığından orduya çağırılıb. Böyük Vətən müharibəsində iştirak edib. 1945-ci ilin yanvar ayında İlk Tibbi Yardım sanitarı və yefreytor rütbəsində idi. Həmin vaxt Visla çayı (Polşa) sahilində baş vermiş qızğın döyüşdə qarşı tərəfin aramsız atəşinə baxmayaraq 12 yaralı əsgəri və 1 yaralı zabiti döyüş meydanından çıxarıb. Bir ay sonra – fevral ayında, Arnsvalde (indiki Xoşçno (Polşa)) rayonunda baş vermiş döyüşdə yaralanmış 22 əsgəri və bir zabiti Tibbi Sanitar Batalyonuna çatdırıb. Bu fədakarlıqlarına görə isə “İgidliyə görə” medalı ilə təltif olunub.

1946-cı ilin mart ayında ordudan tərxis edilib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1942-ci ildə feldşer olaraq əmək fəaliyyətinə başlayıb.

1967 – 1983-cü illərdə Azərbaycan SSR Dəmiryol İdarəsində maliyyə şöbəsinin rəisi,

1983 – 1996-cı illərdə Yolların maşın hesablama stansiyalarının rəisi vəzifəsində çalışıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

5 dekabr 1996-cı il tarixdə – 71 yaşında, Bakıda vəfat edib. Bakıda – Yasamalı qəbiristanlığında, dəfn olunub.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Аскеров Кемал Алинагаевич : [arx. 15.03.2025] : [rus.] // [ttps://pamyat-naroda.ru/ Память народа]. — Müraciət tarixi: 15.03.2025.
  2. Аскеров Кемал Алинагеевич : [arx. 15.03.2025] : [rus.] // [ttps://pamyat-naroda.ru/ Память народа]. — Müraciət tarixi: 15.03.2025.
  3. Аскеров Кямиль Али Наги-оглы : [arx. 15.03.2025] : [rus.] // [ttps://pamyat-naroda.ru/ Память народа]. — Müraciət tarixi: 15.03.2025.
  4. Аскеров Кямал Али Наги-оглы : [arx. 15.03.2025] : [rus.] // [ttps://pamyat-naroda.ru/ Память народа]. — Müraciət tarixi: 15.03.2025.
  5. Məmmədov Ə., Xalıqov F. Əsgərov Kamal // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 123-124. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş Vizual/Mobil redaktə