Kamal Kərimov
Kamal Kərimov (1936–2022) — texnika elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktoru.
| Kamal Kərimov | |
|---|---|
| Kərimov Kamal Teymur oğlu | |
| Kamal Kərimov. | |
| Təvəllüdü | 29 iyul 1936 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 2022 (86 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| İş yeri | AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, “Aşqar” Elmi İstehsalat Birliyi (direktor) |
| Elmi dərəcəsi | texnika elmləri namizədi |
| Təhsili | Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) |
| Həyat yoldaşı | Kərimova Ziba Ələkbər qızı |
| Övladları | Kərimova Mehriban, Kərimova Hökumə və Hacıyeva Gülşən |
| Atası | Kərimov Teymur Məmməd oğlu (1901–1942) |
| Anası | Kərimova Məhbubə Şirəli qızı |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
29 iyul 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktorudur.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
“Çoxfunksiyalı ИХП-388 aşqarının alınma texnologiyasının işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
32-xaricdə, 8-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla, çapdan çıxmış 55 elmi əsərin müəllifidir.
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 22-dir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı (2015).
Ailəsi Vizual/Mobil redaktə
Atası Kərimov Teymur Məmməd oğlu 1901-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca həkim idi. 11 mart 1940-cı ildə orduya çağırılıb. Böyük Vətən müharibəsində 3 dərəcəli hərbi həkim rütbəsi ilə iştirak edib, lakin 1942-ci ildə itkin düşüb.
Anası Kərimova Məhbubə – Nuxada anadan olmuşdur, 1942-ci ildə Kirovabad (indiki Gəncə) şəhəri, Sabir küçəsi, ev 28 ünvanında yaşayırdı.
Vəfatı Vizual/Mobil redaktə
2022-ci ilin yay aylarında – 86 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Донесения о потерях : Киримов Теймур Мамед-оглы : [arx. 03.10.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.10.2021.
- Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorları : Kərimov Kamal Teymur oğlu : [arx. 03.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 03.10.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |