Laura Nəbiyeva
Laura Nəbiyeva — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin aparıcı məsləhətçisi və Şəki şəhər bələdiyyəsinin üzvü.
| Laura Nəbiyeva | |
|---|---|
| Nəbiyeva Laura Azər qızı | |
| Laura Nəbiyeva. | |
| Anadan olub | 24 yanvar 1999 |
| Anadan olduğu yer |
Perm |
| Atası | Nəbiyev Azər Mobil oğlu |
| Anası | Aslanova Reyhan Tariyel qızı |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mexanika və informasiya texnologiyaları fakültəsi, bakalavriat (2017–2021) • Pekin Texnologiya İnstitutu, kompüter elmləri ixtisası, magistratura (2021–2024) |
| İş yeri | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamenti (aparıcı məsləhətçi) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
24 yanvar 1999-cu il tarixdə Permdə (Rusiya Federasiyası) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2006 – 2017-cı illərdə Şəki şəhər 18 nömrəli tam orta məktəbində və 2016 – 2017-ci illərdə Flex proqramı vasitəsilə Konkord (Miçiqan ştatı, ABŞ) orta məktəbində tam orta təhsil alıb.
2017 – 2021-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində bakalavr,
2021 – 2024-cü illərdə isə Pekin Texnologiya İnstitutunda kompüter elmləri ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2018 – 2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma üzrə prorektorun köməkçisi,
2019 – 2022-ci illərdə həmin universitetin İKT mərkəzində təlim və inkişaf üzrə mütəxəssis,
2023 – 2026-cı illərdə “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunda insan resursları üzrə mütəxəssis,
2026-cı ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin aparıcı məsləhətçisidir.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
Bitərəfdir.
2025-cü ildə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |