Mövlud Teymurov
Mövlud Teymurov — coğrafiya üzrə fəlsəfə doktoru (PhD), hidrologiya və su ehtiyatları üzrə dosent (Associate Professor), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş elmi işçisi (Head Researcher).
| Mövlud Teymurov | |
|---|---|
| Teymurov Mövlud Əsədulla oğlu | |
| Mövlud Teymurov. | |
| Təvəllüdü | 9 iyun 1967 |
| Anadan olduğu yer |
Aşağı Göynük, Nuxa rayonu (indiki Şəki rayonu), |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | coğrafiya |
| İş yeri | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun (baş elmi işçi) |
| Elmi dərəcəsi | coğrafiya üzrə fəlsəfə doktoru (PhD) |
| Elmi adı | hidrologiya və su ehtiyatları üzrə dosent (Associate Professor) |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya fakültəsi, hidrologiya ixtisası (1984–1985;1987–1991) • AMEA Coğrafiya İnstitutu, aspirantura, qiyabi (1993–1997) • Bakı Dövlət Universiteti, hüquq fakültəsi (1998–2002) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
9 iyun 1967-ci il tarixdə Nuxa rayonunun Aşağı Göynük kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1974 – 1984-ci illərdə Aşağı Göynük kənd orta məktəbində,
1984 – 1985 və 1987 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsində,
1993 – 1997-ci illərdə AMEA Coğrafiya İnstitutun aspiranturasında (qiyabi),
1998 – 2002-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1985 – 1987-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1991-ci ildə AMEA Coğrafiya İnstitutunun hidrologiya şöbəsinə işə qəbul edilib;
1991-ci ildən kiçik elçi işçi,
1999-cu ildən elmi işçi,
2013-cü ildən böyük elmi işçi,
2016-ci ildən isə aparıcı elmi işçi vəzifəsini tutub.
2023-cü ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş elmi işçisidir (Head Researcher).
Pedaqoji sahədə Vizual/Mobil redaktə
1992 – 2020-ci illərdə Bakıdakı müxtəlif universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
Elmi fəaliyyət dairəsi əsasən bərpa olunan təbii ehtiyatların qiymətləndirilməsi, proqnozlaşdırma və modelləşdirmə, kosmik informasiyaların və Coğrafi İnformasiya Sistemləri (GİS) texnologiyalarının tətbiqi mövzularına həsr olunub.
1999-cu ildə “Kiçik Qafqaz çaylarının su ehtiyatlarının hesablanma metodikası və onların qiymətləndirilməsi (Azərbaycan daxilində)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2019-cu ildə isə elmi fəaliyyətinə görə hidrologiya və su ehtiyatları üzrə dosent elmi adını alıb.
Azərbaycan miqyasında ilk dəfə olaraq, geoməkan elmləri və ekocoğrafi tədqiqatlarda kodlaşdırma və çoxfaktorlu transfer elmi yanaşmasını irəli sürüb (bu elmi texnologiya əraziyə birbaşa fiziki təmas olmadan, zaman-məkan məhdudiyyətləri qoyulmadan yalnız peyk dataları və GİS vasitəsilə məlumatların analoq ərazilərə transferinə imkan verən sintez və modifikasiya olunmuş operativ-interaktiv metodlar sistemidir).
70-dən çox ölkədə elmi konfransda iştirak edib. Elmi əsərləri ABŞ, İtaliya, Avstraliya, Malayziya, Türkiyə, Bolqarıstan, Norveç, Danimarka, İspaniya, Macarıstan, Almaniya, Qazaxıstan, Böyük Britaniya, Rusiya, Yaponiya, Avstriya, Polşa, Pakistan, Ukrayna, Finlandiya və digər ölkələrin yüksək reytinqli indeksləşdirilmiş elmi jurnallarında çap olunub. Müəllifi olduğu 3 elmi təklif ABŞ-da NASA (National Aeronautics and Space Administration), NRCS (Natural Resources Conservation Service) və USDA (United States Department of Agriculture) tərəfindən yeniliklər və modelləşdirmə proqramları siyahısına, 4 elmi təklifi isə AMEA Rəyasət Heyəti tərəfindən ilin ən mühüm elmi nəticələri siyahısına daxil edilib.
Digər Vizual/Mobil redaktə
AMEA Coğrafiya İnstitutunun Dissertasiya Şurasının və Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin “İşğaldan azad olmuş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası” üzrə Tender Komissiyasının üzvüdür.
Bir neçə qrant layihənin müəllifi və laureatı, həmçinin Azərbaycan Prezidenti yanında Elm Fondu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, bir qızı, iki oğlu var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Teymurov Mövlud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 544-545. — 1.000 nüsx.
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Teymurov Mövlud Əsədulla oğlu // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 191 – 192. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
- Teymurov Mövlud Əsədulla oğlu : [arx. 14 Sep 2018 - 20 May 2026] : [azərb.] // Coğrafiya İnstitutu. — Müraciət tarixi: 06.06.2026.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |