Müseyib Sadıqov
Müseyib Sadıqov (1906–+1942) — sovet dövrünün ilk onilliklərində Nuxada fəaliyyət göstərmiş partiya və komsomol fəalı, şair və jurnalist, “Şəki fəhləsi”/“Nuxa işçisi”/“Nuxa fəhləsi” qəzetinin redaktoru olmuş şəxs.
| Müseyib Sadıqov | |
|---|---|
| Sadıqov Müseyib Əlibala oğlu | |
| Müseyib Sadıqovun “İpəkçi” qəzetinin 13 mart 1934-cü il tarixli sayında dərc olunmuş fotoşəkli. | |
| Anadan olub | 1906 |
| Vəfat edib | + 1942 (36 yaşından sonra) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1906-cı ildə fəhlə ailəsində anadan olub. İki yaşında olarkən atası vəfat edib.
Təhsili Vizual/Mobil redaktə
Uşaq vaxtı ibtidai təhsilini başa vura bilməyib. Böyüdükdən sonra həm ibtidai təhsil alıb və həm də ikinci dərəcəli məktəbi bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Uşaq yaşlarında qoyun-quzu otararaq çörək pulu qazanıb.
1926 – 1929-cu illərdə Nuxadakı ipək fabriklərində işləyib.
1930 – 1942-ci illərdə ayrı-ayrı vaxtlarda “Şəki fəhləsi”/“Nuxa işçisi”/“Nuxa fəhləsi” qəzetinin redaksiyasında partiya şöbəsinin müdiri, qəzetin redaktoru, Azərbaycan LKGİ MK Nuxa şəhər komitəsi katibi əvəzi, Nuxa şəhər soveti yanında incəsənət işləri idarəsinin rayon müvəkkili və s. vəzifələrdə çalışıb.
4 mart 1940-cı il tarixdə keçirilmiş Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci plenumunda yenidən “Nuxa fəhləsi” qəzetinin redaktoru vəzifəsinə təsdiqlənib.
Siyasi-ictimai fəaliyyəti Vizual/Mobil redaktə
İpək fabrikində işləyərkən komsomol sıralarına daxil olmuş, az sonra komsomol komitə katibi və Azərbaycan LKGİ MK üzvü seçilmişdir.
Bədii yaradıcılığı Vizual/Mobil redaktə
1927-ci ildən dövri-mətbuatda bir sıra şeir və poemaları çap olunub.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1940-cı ildə Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə deputat seçilib.
Vəfatı Vizual/Mobil redaktə
1942-ci ilin yanvar ayında “Nuxa fəhləsi” qəzetinin məsul redaktoru idi. Bundan sonra onunla bağlı məlumat yoxdur və vəfat tarixi də məlum deyil.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
- Orsər R. Müseyib Sadıqov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 194-196. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |